Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın və ABŞ-ın bir neçə aviaşirkəti Ukraynaya uçuşları ləğv edib

Avropa İttifaqının və ABŞ-ın bir neçə aviaşirkəti Ukraynaya uçuşları ləğv edib.

“Report” xəbər verir ki, bunu KiyevOdessa hava limanlarının onlayn tablosunun məlumatları sübut edir.

Belə ki, Amerikanın “Delta Airlines” və Niderlandın “KLM” aviaşirkətləri Kiyevin Borispol hava limanına uçuşları ləğv edib.

Bundan əlavə, “Ryanair” şirkətinin Kiyevdən Poznana uçuşu həyata keçirilməyəcək, “LOT” Polşa Hava Yollarının Odessadan Varşavaya reysi ləğv edilib.

Qeyd edək ki, Böyük Britaniyanın ən böyük sığorta şirkətlərindən biri artıq bazar ertəsi gününün ortalarından etibarən Ukraynanın hava məkanında mülki təyyarələrin sığortasının dayandırılacağına dair aviaşirkətlərə bildirişlər göndərib. Qeyd olunub ki, icarəyə götürülmüş təyyarələrin sahibləri artıq öz təyyarələrinin Ukrayna hava məkanına daxil olmasını qadağan edirlər.

Niderlandın “KLM” aviaşirkəti şənbə günündən etibarən Ukraynaya uçuşları dayandırıb. Ukraynanın “SkyUP” aviaşirkəti bazar günü bildirib ki, onun Portuqaliyanın Funşal şəhərindən uçan təyyarəsi şənbə günü Kiyev əvəzinə Kişinyovda eniş etmək məcburiyyətində qalıb, çünki təyyarənin sahibi olan İrlandiya şirkəti Ukrayna hava məkanına girişi qadağan edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ən çox oxunanalar