Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın gələcəyi Asiyadadır...

Atlantik və Asiya arasında sıxışdırılmış bir Avropa mənzərəsi davam edir...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, 1 noyabr 2021-ci il

Avropa İttifaqı (Aİ) 7 fevral 1992-ci ildə Niderlandın Maastrixt şəhərində imzalanmış müqavilə ilə üç sütun üzərində qurulmuşdur.

Birincisi: Gömrük İttifaqı, Ümumi Kənd Təsərrüfatı Siyasəti, iqtisadi və pul birliyi, Aİ vətəndaşlığı, təhsil, mədəniyyət, səhiyyə, sosial siyasət, immiqrasiya siyasəti və Şengen sazişi.

İkinci: Ümumi Xarici və Təhlükəsizlik Siyasəti.

Üçüncüsü: Təhlükəsizlik qüvvələri və ədliyyə sahəsində əməkdaşlıq.

Son 29 ildə Birliyin bu siyasətlərdən hansına nail olub, hansını əldə edə bilmədiyi çox əhatəli bir qiymətləndirmənin mövzusudur. Son illərdə tez-tez müzakirə edilən mövzu Aİ-nin Təhlükəsizlik və Müdafiə Əməkdaşlıq Siyasətidir. Yəni “Avropanın muxtar müdafiəsi”, “Avropa ordusu” və bu kontekstdə NATO ilə əlaqələrin şübhə altına alınması. Nəzərə alsaq ki, NATO-nun funksiyası ABŞ-ın üzv ölkələri nəzarətdə saxlamaqdır, o zaman bu, həm də Aİ ölkələrinin ABŞ-la münasibətlərini şübhə altına almaq deməkdir.

Aİ-nin 27 ölkəsindən 24-ü NATO üzvüdür. Bu gün İttifaq daxilində NATO-ya olan baxış ölkədən ölkəyə fərqlidir. Deməli, NATO-nun ümumi siyasəti yoxdur. Ona görə, ABŞ-ın da ortaq siyasəti yoxdur. Daha doğrusu, Rusiya ilə Çin arasında da ABŞ-la ortaq bir siyasət yoxdur. Hədəflənən digər iki oxdakı uğursuzluqları da əlavə etsək, ümumilikdə, Birlik yoxdur.

Aİ, ABŞNATO münasibətləri

Birliyin mərkəzi sayılan Brüsselin ABŞNATO ilə bağlı açıqlamalarının nə dərəcədə önəmli olduğu mübahisəlidir. Birliyə hakim olan Fransa və Almaniyadır. Təbii ki, Aİ-nin bu iki motor ölkəsinin İttifaqda təsir etdiyi ölkələr də var, lakin Aİ deyildikdə, İngiltərənin ayrılması ilə bu iki ölkə yada düşür.

Bu gün Çini əsas düşmən elan edən və Rusiyanı mühasirəyə almaq planı olan NATO-nun lideri ABŞ Alyansdakı Aİ ölkələri ilə məsləhətləşmədən, onlara məlumat vermədən təkbaşına hərəkət edir. AB-nin, xüsusən də Fransanın şikayət etdiyi son üç hadisəni sadalayaq.

ABŞ-ın 2019-cu ildə qüvvələrinin bir hissəsini Suriyadan çıxarması və Türkiyənin Suriyada PKK/PYD terror təşkilatına ciddi zərbələr endirərək ABŞ-İsrail terror dəhlizini yarması və 15 avqust 2021-ci ildə Əfqanıstandan qoşunlarını çıxarması. NATO-nun rəsmi bir missiyası var idi. Nəhayət, sonuncusu da 15 sentyabr 2021-ci ildə ABŞ-ın rəhbərlik etdiyi anqlo-sakson AUKUS Paktı ilə Avstraliya və Fransa arasında sualtı müqavilənin ləğvi.

Bu son üç hadisə ilə bağlı Aİ ölkələri və NATO üzv ölkələri məlumatlandırılmayıb. Avropanın ABŞ-ın Rusiya və Çini hədəf alan Asiya-Sakit Okean regionu ilə bağlı siyasətini bəyənməməsi ABŞ-ın Qitə Avropasını istisna edərək anqlo-sakson ölkələrlə birgə hərəkət etməsinə səbəb oldu. Ona görə də Avropada “Avropanın muxtar müdafiəsi”, “Avropa ordusu” və bu kontekstdə NATO ilə əlaqələr müzakirə olunmağa başlanıb. Lakin Makronun antenaları Atlantik okeanına köklənib və Almaniya NATO-nun təhlükəsizliyini təmin edəcəyi xəttini davam etdirir.

NATO-nun beyin ölümü və Türkiyənin rolu

Fransa prezidenti Makron iki il əvvəl NATO-ya “beyin ölümü” diaqnozu qoymuşdu. Makron avropalı üzvlərə xəbərdarlıq etmişdi ki, onlar “Soyuq Müharibə”nin başlanğıcında yaradılmış ittifaqı müdafiə etmək üçün artıq ABŞ-a arxalana bilməyəcəklər. Makronu bunu deməyə vadar edən Türkiyə Ordusunun “Sülh Çeşməsi” əməliyyatı ilə PKK/PYD-yə vurduğu zərbə oldu. “ABŞ Suriyadakı kürd müttəfiqlərini tərk edərək NATO-ya ziyan vurdu. Ərdoğanın həyata keçirdiyi bu hücum NATO-ya böyük ziyan vurdu”. Makron deyib ki, moonofalabama.org-un “NATO-da beyin ölümü artır” başlıqlı məqaləsində Türkiyə belə qiymətləndirilir:

“O vaxtdan bəri NATO-nun vəziyyəti daha da pisləşib. NATO komandanlığında ikinci böyük ordu olan Türkiyə hazırda Türkiyə dövlətinə qarşı vuruşan PKK terrorçularına dəstəyini davam etdirən ABŞ-a düşmən münasibət bəsləyir. 2016-cı ildə prezident Ərdoğana qarşı çevriliş cəhdindən sonra Türkiyə Rusiyaya üz tutub. NATO-nun hücumlarına qarşı özünü müdafiə etməyə imkan verəcək Rusiya hava hücumundan müdafiə sistemləri alıb. Bundan sonra ABŞNATO ilə münasibətlər daha da pisləşdi”.

Atlantikdən ayrılmadan “Avropa Ordusu” qurula bilərmi?

Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti hazırlaya bilməməsinin ən böyük səbəbi Atlantik okeanından qopa bilməməsi və Avropanın müdafiəsini NATO-ya təslim etməsidir. İngiltərə Aİ-ni cilovlayırdı və bu gün Aİ-nin Şərqi Avropa və Baltikyanı ölkələri NATO-da ABŞ-ın tərəfini tutaraq müqavimət göstərirlər, lakin buna görə, əsasən Fransa və Almaniya məsuliyyət daşıyır.

ABŞ prezidenti Bayden Makronla görüşdə o, “güclü” Avropa müdafiəsini dəstəklədiyini və bunun NATO-nu gücləndirəcəyini bildirib. Makron isə ABŞ-dan aldığı paya baxmayaraq, vəziyyətlə kifayətlənib.

Gələcək Asiyadadır

Atlantik və Asiya arasında sıxışdırılmış bir Avropa mənzərəsi davam edir. Almaniyanın Çin və Rusiya ilə mühüm iqtisadi və ticarət əlaqələri var. Asiyaya üz tutmayan Fransa Atlantik okeanının dərin sularında boğulacaq. Atlantika NATO və digər qurumları ilə birlikdə dağılır. Aİ Atlantik cəbhəsində qalmaq üçün müqavimət göstərsə, o da dağılacaq. Çünki Asiyada yeni bir dünya yaranır. Orada istehsal, iqtisadi inkişaf və paylaşım var. Fransa və Almaniya Çinə, Rusiyaya, Hindistana və hətta sürətlə Atlantikdən qopan və Asiyadakı şərəfli yerini alan, bölgədə qonşuları ilə birləşərək sülh və iqtisadi istehsala keçəcək Türkiyəyə möhtacdır.

Qocalan əhali, artan yoxsulluq və işsizlik, istehsal və investisiyadakı azalma ilə birlikdə borc içində olan Avropanın taleyi Asiyadadır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar