Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada hücum panikası - İŞİD-in növbəti hədəfi hansı ölkədir?..

Rusiyanın paytaxtı Moskvada 144 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra terror təşkilatı İŞİD və təşkilatın tanınmış Xorasan qolu (İŞİD-X) ilə bağlı araşdırmalar sürətlənib...

Avropa paytaxtlarında İŞİD-in həyata keçirdiyi hücumun yaratdığı narahatlıq davam edərkən, təşkilatın hədəflərini genişləndirdiyi bildirilir.

Poliqon CNN-ə istinadən xəbər verir ki, İŞİD-in növbəti hədəfinin harada ola biləcəyi müzakirə edilərkən, bu il Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya Oyunlarına diqqət çəkilir.

CNN-ə danışan Ekstremizmə qarşı Mübarizə Layihəsinin baş məsləhətçisi Edmund Fitton-Braun deyib ki, İŞİD-X Əfqanıstandan çıxaraq Pakistan, İran və Orta Asiyada hücumlar həyata keçirmək istəyir.

Tacik, özbək və rus dillərində nəşrlərin sayının artmasının İŞİD-X-in genişlənmə hədəflərindən xəbər verdiyini əsas gətirən tədqiqatçı təşkilatın Avropada yayılmasının indiki mərhələdə yeni olduğunu, bununla birlikdə Rusiyadan başqa Türkiyə və Almaniya kimi ölkələrin də diqqətli olmalıdır. Qeyd edək ki, ötən il Almaniyada İŞİD-X-a bağlı 7 nəfərin həbs edildiyi açıqlanıb. Həmçinin Almaniyada təşkilata bağlı iki əfqan İsveçə hücum hazırlayarkən yaxalanıb.

Fitton-Braun Parisdəki Olimpiadanın təşkilatın hədəfi olacağını düşünür. Təşkilatın hədəfində Avropadan başqa ABŞ-ın da olduğu bildirilir. Amerika kəşfiyyatının məlumatına görə, təşkilat Əfqanıstandan kənar mənbələrə daha çox güvənir və aşağı qiymətə ən böyük təsir yaratmağa çalışır.

Təşkilat haqqında kitab yazan Amira Cadun İŞİD-X-ın Cənubi və Orta Asiyada təsirini artırmaq üçün xüsusilə son 3 ildə təbliğat və hücumlarını gücləndirdiyini bildirib. Təşkilatın bu günə qədərki ən qanlı hücumu 2021-ci ildə Əfqanıstanın Kabil hava limanında olub. Bu hücumda 13 ABŞ əsgəri ilə yanaşı 200 nəfər də həyatını itirib. Mütəxəssislər İŞİD-X-ın Avropada aktiv və pozulmuş planlarının olduğuna dair xəbərlərin olduğunu bildirirlər.

İŞİD-in Xorasan qolunun iddia etdiyi Moskva qətliamı Avropanın ciddi təhlükəsizlik tədbirləri görməsinə səbəb olub və Fransa terror xəbərdarlığını ən yüksək səviyyəyə qaldırıb. Xüsusilə Avropada "tək canavar" tipli hücumların olma ehtimalının artdığı bildirilib.

Rusiya Moskvadakı hücumun ilk anından etibarən Ukraynanı hədəfə almaq üçün təbliğat işləri aparıb. Bununla belə, ekspertlər bildirirlər ki, Rusiya İŞİD-in ən böyük düşmənlərindən biridir. Əslində İŞİD-in öldürülən lideri Əbu Bəkr Əl-Bağdadi bütün "kafirlər"ə müharibə elan edərək, onların lideri kimi ABŞRusiyanı göstərib. Rusiyanın Kabildəki səfirliyinə hücuma görə də məsuliyyəti öz üzərinə götürən qrup Moskvanın Əfqanıstan, Çeçenistan və Suriyaya müdaxiləsindən narahatdır. Məlumdur ki, İŞİD son illərdə bu ölkələrdəki vəziyyətə görə Rusiyaya qarşı böyük düşmənçilik bəsləyir. İŞİD son illər Rusiya prezidenti Vladimir Putinə qarşı sərt mövqeyi ilə diqqət çəkir və təbliğatında tez-tez bu mövzudan istifadə edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Ən çox oxunanalar