Öz nüvə silahlarının yaradılması Avropa ordusunun formalaşması yolunda Avropa İttifaqında müzakirə mövzusuna çevrilə bilər...
Poliqon xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədr müavini Katarina Barli Almaniyanın "Tagesspiegel" nəşrinə müsahibəsində bildirib.
"Avropa ordusuna gedən yolda nüvə silahının yaradılması da müzakirə mövzusuna çevrilə bilər", deyə siyasətçi jurnalistin müvafiq sualını cavablandırıb.
O, həmçinin bildirib ki, Rusiya Litva və Polşanın ərazi bütövlüyünü açıq şəkildə şübhə altına aldığı üçün Avropa ölkələri sayıq olmalıdır.
Qeyd edək ki, bir müddətdir Avropa İttifaqının vahid ordusunun yaradılması ilə bağlı fikirlər səslənir. Son dövrlər NATO ilə bağlı yaranan problemlər və Donald Trampın hakimiyyətə qayıdacağı halda ABŞ-ı Alyansdan çıxaracağı ilə bağlı ehtimallah vahid Avropa ordusunun yaradılması məsələsini daha çox gündəmə gətirib.
Poliqon.info