Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT-in yeni sədri hədəflərini açıqladı

Yanvarın 1-dən ATƏT-ə sədrlik rotasiya əsasında bir il müddətinə İtaliyadan Slovakiyaya keçib

Bu münasibətlə Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ölkəsinin sədrlik dövrü üçün hədəflərini açıqlayıb.

Nazir ölkəsinin sədrlik dövrü üçün qarşısına ATƏT məkanında dialoq, etimad və sabitliyin dəstəklənməsi və təşkilatın fəaliyyətinin gücləndirilməsi kimi hədəflər qoyduğunu açıqlayıb.

Sədrlik 2019-cu ildə diqqətini üç əsas fəaliyyət sahələrinə yönəldəcək və münaqişələrdən əziyyət çəkən insanları ön planda saxlamaq şərti ilə bu münaqişələrin qarşısının alınması və zəiflədilməsi, eləcə də vasitəçiliyin həyata keçirilməsi, təhlükəsiz gələcək naminə fəaliyyət, həmçinin təsirli multilaterizmin dəstəklənməsi üçün çalışacaq. Sədrlik, ilk növbədə, Ukraynada davam edən böhranı ümumi təhlükəsizlik üçün əsas problem hesab edərək gərginliyin azaldılması, etimadın yaradılması və dialoqun asanlaşdırılması üçün səy göstərəcək.

M.Layçak, həmçinin bildirib ki, sədrlik dövründə Slovakiya üzv ölkələr arasında, eləcə də qeyri-hökumət qurumları ilə mənalı və açıq dialoqun inkişaf etdirilməsinə çalışacaq. Effektiv mutilateralizm ATƏT institutlarına etimadı və hamı üçün təhlükəsizliyi gücləndirəcək.

Yanvarın 10-da ATƏT-in Vyanada yerləşən baş katibliyində keçiriləcək inauqurasiya mərasimində ATƏT-in yeni sədri ölkəsinin sədrlik dövrü üçün prioritetlərinə dair çıxış edəcək. (azərtac)

pia.az


Etiket: ATƏT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edildi

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Ən çox oxunanalar