Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arpaçay Karate Klubu möhtəşəm layihələrə start verir - Foto

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı İdman Döyüş Növləri Festivalı keçiriləcək...

Bakı İdman Sarayında ölkənin nüfuzlu karate klublarından olan Arpaçay Karate Klubunun idarə heyəti üzvlərinin, məşqçi-hakimlərin, milli komandanın üzvü olan idmançıların iştirakı ilə genişləndirilmiş iclası keçirilib. İclasda əvvəlcə Arpaçay Karate Klubunun idarə heyətinin yeni tərkibi müəyyən edilib, regionlar üzrə təmsilçiləri seçilib. Klubun prezidenti Yavər Hüseynovun verdiyi məlumata görə, tədbirdə idarə heyətinə yeni üzvlər qəbul edilib, baş məşqçi, kata üzrə məşqçi və baş hakim, eyni zamanda regionlar üzrə nümayəndələr müəyyənləşib: “Pərvanə Salmanqızı (“Zəfər Yolu” Müharibə iştirakçıları və şəhid ailələrinə humanitar dəstək İB sədri), Fərahim Sadiq (“Öncə Vətən deyənlərə salam olsun!” İB-nin sədri) idarə heyətimizin yeni üzvləri olaraq seçiliblər. Beynəlxalq dərəcəli hakim Vüqar Kərimov Arpaçay Karate Klubunun baş məşqçisi, Mais Mədətov klubun baş hakimi, milli yığma komandasının üzvü Roman Heydərov kata üzrə baş məşqçi, Mahir Məmmədov Gəncə, Sənan Məhərrəmov Sumqayıt, Həsən Quliyev Bakı üzrə regional nümayəndələr, məşqçi Rasim Ağayev klubun Təftiş komissiyasının sədri, məşqçi Toğrul Adilli yarışlar üzrə işçi qrupunun rəhbəri təyin olunublar”.

Daha sonra Arpaçay Karate Klubunun yeni layihələrə start verməsi və gələcək planları geniş müzakirə edilib. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində 2024-cü ilin iyun ayında keçiriləcək İdman Döyüş Növləri Festivalına hazırlıq işləri ilə bağlı məsələlər, o cümlədən açılış mərasimində bədii və rəsmi hissələrin hazırlanması da geniş müzakirə edilib. Qərara alınıb ki, yaxın vaxtlarda möhtəşəm İdman Festivalı üzrə Təşkilat Komitəsinin yaradılması həll edilsin. Klubun rəhbəri Y.Hüseynovun sözlərinə görə, Bakı İdman Sarayında baş tutacaq İdman Festivalında 17 idman döyüş növü üzrə yarışlar təşkil olunacaq.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay