Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA-ya ən çox şikayət “Araz supermarket”, “Azza” və “Xan Çinar”dan olub

Bu ilin ilk 5 ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istehlakçı hüquqlarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən ümumilikdə 563 şikayət daxil olub.

Agentlikdən PİA.az-a verilən məlumata görə, 5 ay ərzində ən çox şikayət mart ayında daxil olub.

Hesabat dövründə daxil olan müraciətlərin məhsul qrupları üzrə təsnifatına əsasən süd və süd məhsullarına dair şikayətlərin sayı daha çox olub. 2-ci və 3-cü yerlərdə ət və ət məhsulları, un və unlu qənnadı məmulatları yer alıb. Ən az şikayət isə konservləşdirilmiş məhsullar, tamlı məmulatlar, bal və digər məhsullar üzrə qeydə alınıb. Onu da qeyd etmək lazımdır ki, müraciətlərdən 238-i müəyyən bir məhsula aid edilmədən xidmətlə bağlı olub.

Bu dövr ərzində istehlakçılar tərəfindən ən çox şikayət olunan qida məhsullarının satış şəbəkəsi “Araz supermarket”, ən çox şikayət olunan un və unlu qənnadı məmulatlarının istehsalı və satışı müəssisəsi “Azza” şirniyyat evi, ən çox şikayət olunan ictimai iaşə müəssisəsi isə Sumqayıt şəhəri, 20-ci məhəllə, Gənclik küçəsində fəaliyyət göstərən “Xan Çinar” kafesi olub.

Daxil olan müraciətlər arasında ən çox sayda şikayət məhsulun keyfiyyətinin aşağı olması ilə bağlı (146) olub. Heyvan kəsimi məntəqəsində (68) və sahibkarlıq subyektlərində antisanitar vəziyyət (57) ,eyni zamanda son istifadə tarixi bitmiş qida məhsulları (59) ilə bağlı şikayətlərin sayı da digər məzmunlu şikayətlərlə müqayisədə daha çox olub. Ən az sayda şikayət məhsulların çəkisinin qablaşdırmada göstərilən çəkidən fərqli olması (kəmiyyət saxtalaşdırılması) və qablaşdırılması, eyni zamanda dövriyyəsi qadağan olunmuş məhsulların satışı ilə bağlı olub.

Qeyd olunan dövr ərzində daxil olan müraciətlərin qida zəncirinin müxtəlif mərhələləri üzrə təsnifatına əsasən satışla bağlı şikayətlərin sayı üstünlük təşkil edib. Qida zəncirinin daşınma və saxlanma mərhələsi üzrə isə daha az sayda şikayət daxil olub.

İstehlakçı hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin araşdırılması nəticəsində 209 şikayət öz təsdiqini tapıb və Agentlik tərəfindən qanunvericiliyə əsasən müvafiq tədbirlər görülüb. 185 müraciətdə göstərilən fakt öz təsdiqini tapmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar