Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aparıcı bu ölkəyə səfir təyin olunacaq

Azərbaycanəsilli rusiyalı teleaparıcı, NTV telekanalının ulduzu İradə Zeynalova Rusiyanın Mavrikiydəki səfiri ola bilər...

Poliqon Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Brief" öz mənbələrinə istinadən yazıb.

Nəşr xatırladıb ki, Zeynalova 2024-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirəcək.

Teleaparıcı NTV-də "Həftənin nəticələri" verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

Bundan əvvəl o, Birinci Kanalda "Vremya" proqramının bazar buraxılışının aparıcısı olub, Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri kimi fəaliyyət göstərib.

2021-ci ildə Zeynalova "təbliğat fəaliyyətinə" görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, Mavriki Afrikada yerləşən ada dövlətidir. Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. Ölkənin paytaxtı Port Luizdir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Dövlət Departamenti: Cənubi Qafqaz məsələsi dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir

Ən çox oxunanalar