Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antiterror əməliyyatı başlayır: “2-3 gün içində Ağdərə…” – Ekspert

Azərbaycan ərazilərində ermənilərin qanunsuz hərbi birləşmələri yerləşir. Onlar Qarabağ bölgəsində baş verən hadisələrin səbəbkarıdır. Ağdamı, gah da Şuşanı atəşə tuturlar. Həmin ərazilər üzərindən keçən təyyarələr üçün maneə yaradılır və təyyarənin istiqamətləndirilməsi üçün süni peyklərlə əlaqə yaratmasına əngəl törədirlər.

Poliqon xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, ərazimizdəki erməni sepratçılarını ruhlandıran, onları ayaq üstə saxlayan həmin hərbi qüvvələrdir:

“Artsax” dedikləri ərazidə 18 000 şəxs yaşayır. Bu qədər insanın içindən 12 000-lik qoşun yaratmaq mümkün deyil. Bunlar hamısı Ermənistan silahlı qüvvələrinin tərkib hissələridir. Nə qədər ki, onları ərazimizdən çıxarmamışıq, başımız çox ağrıyacaq. Həmçinin ciddi problemlərimiz olacaq”.

Qabil Hüseyli bildirib ki, Qarabağ bölgəsində separatçıların Azərbaycana reinteqrasiya məsələsi baş tutmayacaq:

Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır. Separatçılar silahlı qüvvələrə əsaslanaraq Azərbaycana qarşı sözün əsl mənasında meydan oxuyurlar. Göndərdiyimiz humanitar yardımı qəbul etmirlər. Hətta Rusiyanın göndərdiyi humanitar yardıma qarşı da etiraz edirdilər. Onların əsas arzuları “dövlət” kimi özlərini təsvir etmək və bunu Azərbaycana qəbul etdirməkdir. Bu, sadəcə onların qurduğu xəyaldır. Dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatlar onların varlığını və yaxud da müstəqillik haqqında danışıqlarını qətiyyən qəbul etmir. Son “prezident” seçkilərində nəticələrini dünyanın heç bir ölkəsi tanımadı. Avropa Birliyi və Amerika qəti şəkildə bunu rədd etdi. Hətta Yunanıstan da bu seçkilərin nəticələrini tanımadığını açıqladı və “seçkilər”in Azərbaycanın ərazi bütövlüyünə zidd olduğunu bəyan etdilər. Beynəlxalq ictimaiyyət Azərbaycanın tam yanındadır. Ermənistanı qızışdıran, yönləndirən və daima onları bu vəziyyətdə saxlayan Rusiyadır. Rusiya çox mürəkkəb oyun oynayır. İlk növbədə bu oyun Azərbaycan əleyhinə çevrilib. Son zamanlar Ermənistanın Rusiyadan uzaqlaşma xəttini tutması da Ermənistanda qanuni seçilmiş baş nazir Nikol Paşinyana qarşı yönəlib. Rusiyanın bölgəni qarışdırması davam edir. ABŞ-a gəlincə, Dövlət Departamenti formal bəyanatlar vermək əvəzinə, artıq məsələ ilə ciddi məşğul olmalı və Ermənistana razılaşmalara əməl etmək üçün təzyiq göstərməlidir. Çünki Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması təklifinə Ermənistanın öz qondarma rejimi vasitəsilə müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ-a çox yaxşı məlumdur”.

Siyasi ekspert hesab edir ki, antiterror əməliyyatının keçirilməsi zərurətə çevrilib: “Zənnimcə, 2-3 gün içində onları Ağdərə ətrafında mühasirəyə alacağıq. Müharibənin belə qanunu var təslim olmadıqda səni məhv edirlər”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar