Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı senator qalmaqallı Bob Menendesin senatdan getməsinə çağırış etdi

ABŞ-də konqresmen Corc Santosun Nümayəndələr Palatasından uzaqlaşdırılmasından sonra demokrat senator Con Fetterman hazırda rüşvətxorluq və əlbir olma ittihamları ilə üzləşən senator Bob Menendesin də kənarlaşdırılmasına çağırış edib.

“O getməlidir. Əgər Santosu kənarlaşdıracaqsınızsa, Menendes kimi birinin senatda qalmasına necə imkan verə bilərsiniz?” - deyə Pensilvaniyanı təmsil edən Fetterman bildirib.

“Fikrimcə, daha vacib məqam ondan ibarətdir ki, senatda, əslində, daha pis və ciddi işlər görmüş həmkarımız var”, - deyə o, Menendes haqqında fikrini bildirib.

“Hesab edirəm ki, Menendes əslində Nyu-Cersidən deyil, Misirdən olan senatordur. Ona görə də həqiqətən onun getməli olduğunu düşünürəm”, - deyə Con Fetterman qeyd edib.

Fetterman bu açıqlamaları Nümayəndələr Palatasının Nyu-Yorkdan olan konqresmeni tarixi səsvermə nəticəsində senatdan uzaqlaşdırmasından dərhal sonra verib. Belə ki, Corc Santosa qarşı 2022-ci ildə kreslosu uğrunda kampaniyası zamanı öz keçmişi haqqında yalan danışdığı ilə bağlı ittiham irəli sürülüb.

İttiham aktına görə, hazırda keçmiş konqresmen elektron rabitə vasitələrindən istifadə etməklə fırıldaqçılığa görə yeddi, çirkli pulların yuyulmasına görə üç, dövlət vəsaitinin mənimsənilməsinə görə bir və Nümayəndələr Palatasına əhəmiyyətli ölçüdə yalan ifadələr təqdim etməyə görə iki maddə üzrə ittiham olunur.

 
Digər tərəfdən, senator Menendesə həyat yoldaşı Nadin Arslanyan və Nyu-Cersidən olan biznesmen Vael Xana ilə birlikdə keçən ay bir dövlət məmurundan xarici agent kimi istifadə etmək üçün əlbir olmaq maddəsi ilə də ittiham irəli sürülüb.

Menendes öz vəzifə səlahiyyətlərindən üç iş adamının və Misir hökumətinin maraqları naminə istifadə etməsi üçün rüşvət almaqda, o cümlədən ştat və federal hakimiyyətin araşdırma nəticələrinə təsir etmək cəhdində, həmçinin hökumətin məhdud məlumatlarını Qahirəyə ötürməkdə ittiham olunur. O bu ittihamlar üzrə özünü təqsirli bilməyib.

Eyni zamanda senator və onun həyat yoldaşı da qəsbkarlıqda da ittiham ediliblər.

Qeyd edək ki, korrupsiya məhkəməsi Menendesin dövlət qulluğunda çoxillik karyerası ərzində ikinci məhkəmə olub. (oxu.az)

Poliqon.info 


Etiket: Senator


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay