Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı milyarder Oksford Universitetinin hesabına 188 milyon dollar köçürüb

Britaniya ali təhsil müəssisələri tarixində ən böyük ianədir

Amerikanın “Blackstone” investisiya kompaniyasının rəhbəri milyarder Stiv Şvartsman xeyriyyəçilik məqsədilə Oksford Universitetinin hesabına 150 milyon funt-sterlinq (188 milyon dollar) vəsait köçürüb.

Azərtac “The Times” qəzetinə istinadla xəbər verir ki, bu, Böyük Britaniya ali təhsil müəssisələri tarixində ən böyük ianədir.

Pul vəsaiti süni intellekt və onun hazırlanması ilə bağlı müxtəlif sosial problemləri öyrənən yeni humanitar elmlər institutunun maliyyələşməsinə yönələcək. Bundan başqa, milyarderin şərəfinə onun adını daşıyacaq xüsusi humanitar fənlər mərkəzinin qurulması planlaşdırılır. Bura kitabxana, 500 nəfər tamaşaçı tutumuna malik konsert zalı, 250 yerlik təhsil otağı, televiziya və radio yayımı mərkəzi, həmçinin süni intellekt sahəsində etika institutu daxil olacaq.

“Blackstone” investisiya korporasiyasının qurucusu 72 yaşlı Stiv Şvartsmanın varidatı 12,3 milyard dollar həcmində qiymətləndirilir. Milyarder bundan öncə də müxtəlif təhsil müəssisələrinin inkişafına ianələr köçürüb: Nyu-Yorkun ictimai kitabxanasına 100 milyon dollar, Massaçusets Texnologiya İnstitutuna 350 milyon dollar, Yale Universitetinə isə 150 milyon dollar vəsait ayırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Bitum qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar