Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrda premyera - "Sevənlərindir dünya"

Süjet xəttində real sevgi hekayəsi dayanan məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdur...

21 və 22 iyun tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın "Sevənlərindir dünya" əsəri əsasında hazırlanan iki hissəli məzhəkənin premyerası olacaq.

Süjet xəttində real sevgi hekayəsi dayanan məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdur.

Səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet truppasının üzvləri də iştirak edəcəklər.

Premyeraya biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edildi

Ən çox oxunanalar