Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda iftar süfrəsi açılıb

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə iftar süfrəsi açılıb...

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib. Ramazan ayında “Qurani-Şərif”in nazil olduğunu, bu ayda insanların birliyə, vəhdətə, humanizmə, yardıma, bölüşməyə dəvət edildiyini vurğulayan RİH başçısı qeyd edib ki, xalqımız özünün islami dəyərlərini, adət-ənənələrini və bayramlarını yaşadaraq tarixin sınaqlarından çıxarmış, ildən-ilə, nəsildən-nəsilə ötürərək qoruyub saxlamışdır. 

Bildirilib ki, Ulu Öndər Heydər Əliyev hər il Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək ölkəmizdə sülhün və əmin-amanlığın tam bərqərar olacağına, işğal edilmiş torpaqlarımızın azad ediləcəyinə, qaçqın və köçkün düşmüş soydaşlarımızın öz ev-eşiklərinə qayıdacaqlarına inamını ifadə etmiş, xalqımızın bu amallarının gerçəkləşməsi naminə hamımızı daha böyük əzmkarlıq, qətiyyət və həmrəylik nümayiş etdirməyə çağırmışdı. RİH başçısı vurğulayıb ki, Azərbaycanı uğurlara aparan və əsası məhz Ulu Öndər tərəfindən qoyulan siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmiş, islam dünyasının önəmli bir parçasına çevrilmişdir. 

Abdin Fərzəliyev tədbirin aprel döyüşlərinin 8-ci ildönümünə təsadüf etdiyini qeyd edərək vurğulayıb ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən etibarən başlayan hərbi əks hücum əməliyyatları aprelin 5-nə qədər davam etmiş və ordumuzun qələbəsi ilə başa çatmışdır. Böyük Zəfərin müjdəçisi olan Aprel döyüşlərində igid və cəsur Azərbaycan oğulları misli görünməmiş qəhrəmanlıqlar göstərmiş və düşməni hər an əzməyə hazır olduqlarını, döyüş ruhunu bütün dünyaya nümayiş etdirmişdir. 

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla bütün kənd və qəsəbələrində iftar süfrələri açılır. Bu tədbirlərdə ağsaqqal və ağbirçəklər başda olmaqla yerli camaat iştirak edir. 

Daha sonra Abşeron RİH yanında  İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə  İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, müharibə iştirakçısı, polkovnik Məhərrəm Həmidov və ilahiyyatçı Hacı Rasim Xudaverdiyev çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, şəhidlərimizin əziz ruhlarına dualar oxumuş, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulamış və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.

Fotolar

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Ən çox oxunanalar