Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və İsrail prezidentləri Ağ Evdə görüşüblər...

ABŞ və İsrail prezidentləri İran, Rusiya və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə ediblər...

Poliqon xəbər verir ki, Ağ Evin məlumatına görə, ABŞ prezidenti Co Bayden İsrail prezidenti Yitzhak Hersoq ilə görüşündə İranRusiyanı müzakirə edib.

Ağ Evdən qeyd ediblər ki, prezidentlər qarşılıqlı maraq doğuran əsas məsələlər, o cümlədən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanın artırılması və İranın Rusiya ilə artan müdafiə tərəfdaşlığı üzrə məsləhətləşiblər.

Bildirilir ki, Bayden “İsrail-Fələstin münaqişəsinin iki dövlətin birgə yaşaması əsasında danışıqlar yolu ilə həlli yolunun qorunub saxlanmasına”, eləcə də “israillilərə və fələstinlilərə bərabər azadlıq, firavanlıq və təhlükəsizlik şəraitinin təmin edilməsinə sadiqliyini” təsdiqləyib.

Prezident İordan çayının qərb sahilində təhlükəsizlik və iqtisadi vəziyyətin yaxşılaşdırılması və terror hücumlarının qarşısının alınması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb”, deyə ABŞ prezident administrasiyası bildirib.

Liderlər həmçinin iqlim dəyişikliyi, pandemiya və ərzaq təhlükəsizliyi kimi ümumi qlobal problemlərin öhdəsindən gəlmək üçün texnoloji həllərin işlənib hazırlanması üzrə davam edən əməkdaşlığı müzakirə ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq

Ən çox oxunanalar