Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Britaniya “Atlantik Bəyannaməsi” imzalayıblar...

Bu bəyannəmə ilə Vaşinqton və London Rusiyaya qarşı nüvə enerji tərəfdaşlığına başlayır...

Böyük BritaniyaABŞ Rusiyanı qlobal nüvə enerjisi bazarından sıxışdırmaq məqsədi ilə mülki sahədə yeni nüvə tərəfdaşlığı bağlayıb.

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın və Ağ Evin mətbuat xidmətlərinin iyunun 8-də yaydığı press-relizdə deyilir.

Sənəddə deyilir ki, “Atlantik Bəyannaməsi”ndə bundan başqa daha bir neçə mövqedə iki ölkənin əməkdaşlığını nəzərdə tutur.

“Kritik təmiz enerji sənayesini, karbon neytrallığına nail olmaq və Rusiyanı qlobal mülki nüvə enerjisi bazarından kənarda saxlamaq ambisiyalarımızı dəstəkləmək üçün Böyük BritaniyaABŞ yeni mülki nüvə enerjisi tərəfdaşlığına başlayacaqlar”, deyə yayılan press-relizdə bildirilir.

Ağ Evdə çıxış edən Sunak bildirib ki, Rusiya və Çin Qərb ölkələrini təmiz enerjiyə çıxış imkanından məhrum edə bilməyəcək.

“Çin və ya Rusiya kimi ölkələr bizim açıqlığımızı manipulyasiya etmək və ya istismar etmək, əqli mülkiyyətimizi oğurlamaq, texnologiyadan avtoritar məqsədlər üçün istifadə etmək və enerji kimi kritik resurslara çıxışı qadağan etmək istəyir. Onlar qalib gəlməyəcəklər”, deyə Sunak bildirib.

Qeyd edək ki, Sunak və Bayden iyunun 8-də Ağ Evdə görüşdülər və “Atlantik Bəyannaməsi”ni imzalayıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Ən çox oxunanalar