Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ prezidentinin tarixi saxtalaşdırmaq cəhdi

Aprelin 24-də ABŞ Prezidenti Co Baydenin erməni lobbisinin uydurma, yalan və saxta məlumatlara əsaslanan təbliğatına uyaraq səsləndirdiyi bəyanatda “soyqırımı” ifadəsini işlətməsi tarixi saxtalaşdırmaq cəhdidir. 106 il bundan əvvəl Birinci dünya müharibəsi zamanı 1915-ci ildə baş verən hadisələrlə bağlı həqiqətlərin təhrif edilməsi bir daha ABŞ-ın ikili siyasət yürütdüyünü, beynəlxalq hüququ öz siyasətlərinə qurban verdiyini sübut edir.

Dəfələrlə qeyd edilib ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.

Prezident Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi haqlı olaraq qardaş Türkiyədə, Azərbaycanda və Türkiyəyə dost olan bütün ölkələrdə kəskin etirazlarla qarşılanıb. Tarixi faktlar göstərir ki, 1915-ci ildə Osmanlı dövlətində ermənilər qətlə yetirilməyib, əksinə həmin illərdə və sonralar türklər və azərbaycanlılar XX əsrin müxtəlif dövrlərində erməni faşistləri tərəfindən misli görünməmiş soyqırıma məruz qalıblar. Türkiyə rəhbərliyi dəfələrlə Ermənistana və bu məsələ ilə maraqlanan digər dövlətlərə müraciət edərək bildirib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı bütün tarixi məlumatları təqdim etməyə hazırdır. Ancaq həqiqətləri qəbul etməyən, ancaq yalan və uydurmalar üstündən siyasət quran Ermənistanı bu tarixi məlumatlar maraqlandırmır.
Baydenin bəyanatında “soyqırım” ifadəsinin indi dilə gətirilməsinin bir çox səbəbləri var. Birincisi, Co Baydenin Amerikada fəaliyyət göstərən erməni lobbisi ilə yaxın əlaqələri məlumdur. Bu səbəbdən o seçkiqabağı kampaniyada Amerikada yaşayan ermənilərə verdiyi sözə əməl etdi. O eyni zamanda bununla son illərdə artıq heç kimdən aslı olmayan siyasət yürüdən, sürətlə inkişaf edən, güclənən, regionun şəksiz liderinə çevrilən, dünyanın güc mərkəzlərindən biri olan Tükiyəyə təsir göstərmək istəyir. Səbəblərdən biri də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsində Azərbaycana məğlub olan, kapitulyasiya aktını imzalayan Ermənistana, ümumiyyətlə ermənilərə təsəlli verməkdir.

Bu bəyanatla ABŞ-ın hazırki prezidenti Co Bayden özündən qabaqkı prezidentlərindən fərqli olaraq erməni lobbisindən aslı olduğunu sübut etdi və yalançı, uydurma və saxta erməni tarixinə düşdü.

Azərbaycan hər zaman Türkiyənin yanındadır. Biz dost və qardaş ölkələrik. Prezidentimiz cənab İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etməsi və ABŞ prezidentinin mövqeyinin tarixi səhv adlandırması birliyimizin, sarsılmazlığının daha bir nümunəsidir.

44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan, RusiyaErmənistan liderlərinin imzaladıqları birgə bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, RusiyaErmənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Dəhlizin açılması ilə ilk növbədə təcrid şəraitindən azad olunduğu üçün ölkə iqtisadiyyatına tam inteqrasiya oluna biləcək Naxçıvanın iqtisadı inkişafına hərtərəfli dəstək olacaq. Bu dəhliz sayəsində Naxçıvan dövlət büdcəsinə maliyyə baxımından baha başa gələn hava yolu ilə yükdaşımaları dəmiryolu ilə həyata keçirə biləcək.

Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitənin əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin Türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində iqtisadi əlaqələrin genişlənməsi də bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə töhfə verəcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Baş prokuror 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib

Ən çox oxunanalar