Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın üzləşdiyi böyük biabırçılıq – Sızdırılan məxfi sənədləri təsadüfi adamlar aşkarlayıblar...

Bellingcat Araşdırma Qrupu ABŞ-ın məxfi sənədlərinin sızmasının arxasında Rusiyanın dayandığını istisna edir...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Bellingcat-ın jurnalisti Alek Toler Rusiya Amerika kəşfiyyatının məxfi sənədlərinin, o cümlədən Ukraynadakı müharibə ilə bağlı sənədlərin sızmasında iştirak etmədiyini hesab edir.

Qeyd edək ki, Reuters Agentliyinin mənbələri sızmanın arxasında böyük ehtimalla Rusiyanın olduğunu bildirmişdilər. Eyni zamanda The New York Times qəzeti sızan sənədləri müharibə başlayandan bəri Rusiya kəşfiyyatının ilk sıçrayışı adlandırmışdı.

“Son aylar ərzində sızıntıları izləyən insanlarla söhbətlərə əsasən, deyə bilərəm ki, bunun arxasında Rusiyanın ola bilməsi mümkün deyil”, deyə Toler Twitter hesabında yazıb. O, əlavə edib ki, sızmanın mənbəyi çox güman ki, “kiçik Discord serverindəki 20 oyunçu dostunu heyran etməyə çalışan bir adam” olub.

The New York Times qeyd edir ki, bəzi sənədlər yalnız ABŞ-ın daxili istifadəsi üçün etiketləndiyi üçün mənbənin ABŞ rəsmisi olma ehtimalı daha yüksəkdir. Qəzetlə söhbətində keçmiş məmurlar bildiriblər ki, çox güman ki, sənədlər cibdə çıxarılıb, sonra isə fotosu çəkilib.

Washington Post qəzeti Discord-da fotoşəkilləri yerləşdirən şəxsin kimliyini müəyyən edə bilib. Həmin şəxs Kaliforniyanın cənubunda yaşayır və evin qapısını açsa da, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Discord istifadəçisinin anası və atası zənglərə və mesajlara cavab verməyib.

WP yazır ki, sızan məlumatları yayan Discord hesabı ilə eyni istifadəçi adı və avatardan istifadə edən Twitter hesabı cümə günü yazıb ki, o, qadağan edilmiş serverdən bəzi məlumatlar tapıb və onları dərc edib”.

The Wall Street Journal yazır ki, hələ yanvar ayında on nəfərə yaxın Discord çatının üzvü Ukraynadakı müharibə ilə bağlı fayllar dərc etməyə başlayıb. Ümumilikdə, yüzlərlə sənədin fotoşəkili dərc edilib və bu sənədlərdən ən azı onu geniş kütləyə çatıb.

CNN Vladimir Zelenskiyə yaxın mənbəyə istinadən yazır ki, sızmaya görə Ukrayna hərbi rəhbərliyi planlarını dəyişmək məcburiyyətində qalıb. Telekanalın qeyd etdiyi kimi, sənədlərin bəziləri ABŞ-ın Cənubi Koreya, İsrail və Ukrayna da daxil olmaqla, əsas müttəfiqlərini izləməsinin həcmini ortaya qoyur.

Bir sənəd ABŞ-ın elektron kəşfiyyatın köməyi ilə Zelenskinin də izlədiyini göstərir. Xüsusilə, sızan məlumatlara görə, Zelenski fevralın sonunda dronlardan istifadə edərək Rusiyanın Rostov vilayətində yerləşən ərazilərə zərbə endirməyi təklif edib”. CNN yazır ki, bu məlumatlar ABŞ-ın Ukraynanı uzaqmənzilli silahlarla təmin etməkdən imtina etməsini izah edə bilər.

Başqa bir sənəddə Cənubi Koreyanın iki yüksək rütbəli milli təhlükəsizlik rəsmisi arasında ABŞ-a satılan silahların sonradan Ukraynaya veriləcəyi ilə bağlı narahatlıqlar barədə danışığın təfərrüatları var.

İsraillə bağlı sızan kəşfiyyat hesabatına görə isə Mossad-ın yeni hökumətə qarşı etirazları təşviq etdiyinə dair məlumatlar ölkə rəhbərliyində hiddət doğurub.

Cənubi Koreya rəsmiləri artıq jurnalistlərə bu məsələni Vaşinqtonla müzakirə etməyi planlaşdırdıqlarını bildiriblər, İsrail isə dərc olunan məlumatları əsassız adlandırıb. Diplomatlar CNN-ə bildiriblər ki, digər ölkələrin rəsmiləri də ABŞ-la sızdırılmış məlumatları müzakirə etməyi planlaşdırır.

ABŞ-ın müttəfiqləri, o cümlədən “Five Eyes” kəşfiyyat alyansındakı müttəfiqlər də, onların kəşfiyyat agentlikləri tərəfindən toplanan məlumatların açıqlanıb-açılmadığını və onların metodlarının ifşa edilib-edilmədiyini qiymətləndirirlər.

Xatırladaq ki, ABŞNATO-nun məxfi sənədləri ilk dəfə martın 1-dən başlayaraq internetə düşüb. Məxfi məlumatlar olan fotolar Discord-da ortaya çıxıb.

Bu sızma ötən həftənin sonunda Rusiya Telegram kanallarında məxfi sənədlərin şəkillərinin görünməsindən və şəkillərdən birində tərəflərin itkiləri ilə bağlı məlumatlar redaktə edildikdən sonra, geniş şəkildə məlum olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay