Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın İraq və Suriyadakı üç bazasına hücum edilib

İraq və Suriyadakı üç Amerika bazası kütləvi raket və pilotsuz təyyarələrdən atəşə tutulub...

Poliqon xəbər verir ki, bu barədə “Əl-Mayadeen” telekanalı məlumat yayıb. Hücuma görə məsuliyyəti şiə “İraq İslami Müqavimət Hərəkatı”nın üzvləri öz üzərinə götürüb. Tələfat və dağıntılar barədə isə məlumat verilmir.

Atəşə məruz qalan obyektlər arasında Suriyanın şimal-şərqində yerləşən Amerika hərbi bazası Xarab əl-Cəil, Ərbil beynəlxalq hava limanındakı baza və Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko yatağındakı baza da var. İraqın “İslami Müqavimət Hərəkatı”nın bəyanatında qeyd edilir ki, ABŞ-ın bölgədəki bazalarına hücumlar Vaşinqtonun siyasətinə cavabdır.

Qeyd edək ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında 2023-cü il oktyabrın 7-də başlayan müharibə fonunda ABŞ-ın Suriyaİraqdakı bazalarına hücumlar artıb. Ötən ilin dekabrında İraq İslami Müqaviməti ABŞ-ın Suriyadakı iki bazasını atəşə tutub. Yanvarın 11-də hərəkat Əl-Cebbis neft yatağının yaxınlığında yerləşən Amerika bazasına zərbə endirib.

Pentaqonun məlumatına görə, 2023-cü ilin oktyabr ayının sonundan bəri ABŞ-ın İraqSuriyadakı bazalarına 130 dəfə hücum edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar