Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın ATƏT-dəki səfiri rusiyalı həmkarına cavab verib

"Düşünürəm ki, bizim bəzi həmkarlarımızın ATƏT-in amorf struktur olması ilə bağlı fikri səmimi deyil."

Bunu APA-nın sualına cavab olaraq ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri, səfir Maykl Karpenter onlayn brifinqdə deyib.

“Düşünürəm ki, bizim bəzi həmkarlarımızın ATƏT-in amorf struktur olması ilə bağlı fikri səmimi deyil. Rusiya Federasiyası hökumət səviyyəsində ATƏT-in bir sıra deklarasiyalarına digər ölkələrlə birgə imza atıb. Bura Helsinki Yekun Aktı, Paris Nizamnaməsi hansı ki, bu Avropanın təhlükəsizliyi barədə nizamnamədir, Astana Deklarasiyası və digər sənədlər daxildir”,-deyə o qeyd edib.

Maykl Karpenter deyib ki, ATƏT inkluziv bir platformadır. Bəzən burda qərarların nəticələri olmasa da hər kəsin burada səsi var. “Lakin hətta Soyuq Müharibənin ən gərgin dövründə belə ATƏT çərçivəsində hüquqi bağlılığı özündə ehtiva edən sazişlər imzalanıb ki, bunlar bizim hamımızın təhlükəsizliyinə xidmət edib, gücləndirib. Buna nümunə olaraq Avropa Sazişində Şərti Qüvvələr sənədini göstərmək olar. Bu sənəd Avropada hərbi şəffaflığı təşviq edib”,- M.Karpenter əlavə edib.

ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri, səfir Maykl Karpenterin fikrincə təşkilatın gərginlikləri deeskalasiya etmək və hətta silahlara nəzarətlə bağlı yeni mexanizm formalaşdırmaq potensialı var:

“Bu platforma hər kəsi masa ətrafına toplanmağa, siyasi iradə göstərməyə, deeskalasiya ilə bağlı istək göstərməyə və təhlükəsizliyi gücləndirmək üçün addımlar atmaq barədə razılaşmağı təşviq edir", - deyə amerikalı diplomat bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın ATƏT-dəki səfiri Aleksandr Lukaşeviç ATƏT-i beynəlxalq hüquqi statusu olmayan amorf bir struktur adlandırmışdı.

Lukaşeviç deyib ki, ATƏT-in nə nizamnaməsi, nə də təsis sənədi var və hazırkı vəziyyətdə Avroatlantik məkanda vəziyyətə hər hansı şəkildə təsir etmək iqtidarında deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Afrikada meymunçiçəyi epidemiyasına görə fövqəladə vəziyyət elan edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay