Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ermənistanda kiçik modul tipli nüvə reaktorları tikmək istrəyir

ABŞ Ermənistanda və Avrasiyanın digər dövlətlərində kiçik modul tipli nüvə reaktorlarının tikintisi imkanlarını nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının koordinatoru Mariya Lonqi Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikiləcək və həm Rusiyadan, həm də Çindən daha böyük enerji müstəqilliyinə gətirib çıxara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü nəzərdən keçiririk", deyə o bildirib.

Mariya Lonqi bu planın detallarını açıqlamayıb.

Qeyd edək ki, Ümumdünya Nüvə Assosiasiyasının məlumatına görə, kiçik nüvə reaktorları elektrik enerjisi istehsalını daha ucuz başa gətirir, çünki onlar daha az təhlükəsizlik və soyutma sistemləri tələb edir.

Təşkilatın hesablamalarına görə, 2030-cu ilə qədər dünyada elektrik enerjisi üçün 40-dan 100-ə yaxın aşağı güclü reaktor tikiləcək. Assosiasiya 300 meqavatdan aşağı olan reaktorları kiçik hesab edir. Bir sıra Avropa şirkətləri və qurumları da uran batareyaları üzərində mikro-reaktorlar (təxminən 4 MVt) konsepsiyasını hazırlayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar