Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Azərbaycanla razılaşmaq üçün Qarabağ ermənilərə təzyiqlər edir?..

ABŞ Qarabağ ermənilərini Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi ilə hədələyir...

Politoloq: “Azərbaycan dövləti Qarabağ iqtisadi zonasında olan etnik ermənilərlə dialoqun həyata keçirilməsində maraqlıdır. İnfrastruktur layihələrinin həlli, hüquq və təhlükəsizlik məsələlərinin təminatı danışıqlarda əsas mövzusu təşkil edəcək”.

“Dialoq baş vermədikcə, Azərbaycan birtərəfli qərarlar qəbul edə bilər”.

Bu sözləri politoloq İlyas Hüseynov ABŞ-ın Dağlıq Qarabağ ermənilərə təzyiqlər göstərməsi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyanın “RİA Novosti” Agentliyi yazıb ki, ABŞ Dağlıq Qarabağ nümayəndələrinə təzyiq göstərir ki, Azərbaycanla görüş keçirməyə razı olsunlar və bundan imtina etdikləri təqdirdə Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi ilə hədələyir.

Bu xəbər həqiqətən nə qədər doğru ola bilər? Ümumiyyətlə, sərhəddə son baş verənlərdən sonra Azərbaycanın anti-terror əməliyyatlarına başlaması labüd deyilmi?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Prezident İlham Əliyev Laçında çıxışı zamanı bildirdi ki, artıq Azərbaycan bu kimi təklifləri irəli sürməyəcək. Yəni, Azərbaycan sonsuza qədər təkliflər irəli sürüb sonra da cavabsız qalmasını izləyə bilməz”.

Laçında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin olduğu ərazidə, Azərbaycanın üçrəngli bayrağının qaldırılmasızamanı dövlət sərhəd qulluqçumuzun yaralanmasının Ermənistanın təxribatı olduğunu bildirən ekspert vurğulayıb ki, bu Azərbaycanı ləkələmək, Azərbaycan haqqında beynəlxalq auditoriya qarşısında səhv məlumat yaymaq məqsədi daşımaqla yanaşı, həm də sülh prosesinə qarşı Ermənistanın müqavimətidir:

Azərbaycan dövləti Qarabağ iqtisadi zonasında olan etnik ermənilərlə dialoqun həyata keçirilməsində maraqlıdır. İnfrastruktur layihələrinin həlli, hüquq və təhlükəsizlik məsələlərinin təminatı danışıqlarda əsas mövzusu təşkil edəcək. İlk görüş Xocalıda keçirildi. Növbəti görüş Azərbaycan Respublikasının Prezident Administrasiyasının dəvəti ilə Bakıda keçirilməsi tələbi ardıcıl olaraq iki dəfə irəli sürüldü. Lakin bu görüşlər baş tutmadı.

Eyni zamanda, cənab prezident İlham ƏliyevLaçında çıxışı zamanı bildirdi ki, artıq Azərbaycan bu kimi təklifləri irəli sürməyəcək. Yəni, Azərbaycan sonsuza qədər təkliflər irəli sürüb sonra da cavabsız qalmasını izləyə bilməz. Amma dialoq mütləqdir və dialoqun tərəfdarı bizik. Biz öz ərazimizdə olan vətəndaşlarla müxtəlif problemlərin həllində maraqlıyıq.

İlyas Hüseynov: “Tələbləri yerinə yetirilmədikdə və bizim şərtlərimiz öz əksini tapmadıqda, əlbəttə ki, biz bütün adekvat addımları həyata keçirmək hüququmuzu da əlimizdə saxlayırıq”.

Lakin dialoq baş vermədikcə, Azərbaycan birtərəfli qərarlar qəbul edə bilər. Burada antiterror əməliyyatının başlanması ehtimalı da daxil olmaqla, bir sıra mühim proseslərin baş verdiyini görürük. Xüsusilə, Laçında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin olduğu ərazidə, Azərbaycanın üçrəngli bayrağının qaldırılması mərasimində dövlət sərhəd qulluqçumuzun yaralanması Ermənistanın təxribatıdır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında beynəlxalq auditoriya qarşısında səhv məlumat yaymağı güdməklə yanaşı, həm də sülh prosesinə qarşı Ermənistanın müqavimətidir. Buna görə də kənar müşahidəçilər təzyiq göstərirlər ki, Azərbaycanın tələbləri yerinə yetirilsin. Çünki bizim tələblərimiz beynəlxalq hüquqa, dünya birliyinin qəbul etdiyi qaydalara söykənir.

Burada Azərbaycanın tələbləri ədalətlidir və mütləq yerinə yetirilməlidir. Tələbləri yerinə yetirilmədikdə və bizim şərtlərimiz öz əksini tapmadıqda, əlbəttə ki, biz bütün adekvat addımları həyata keçirmək hüququmuzu da əlimizdə saxlayırıq. Digər tərəfdən məhz Ermənistanın terrorçularının quraşdırdığı dayaq məntəqəsinin məhv edilməsi və təhlükəsizliyin təminatı üçün bütün zəruri tədbirlərin aparılması da məhz Azərbaycanın prinsipiallığından xəbər verən addımdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Ən çox oxunanalar