Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ ATƏT-in Ukrayna ilə bağlı layihələrinə 6,5 milyon dollar ayırıb

2022-ci maliyyə ilində ABŞ ATƏT-in Ukrayna ilə bağlı layihələrinə əlavə olaraq 3,1 milyon dollar töhfə verib və bu ölkədəki maraqları inkişaf etdirməyə yönəlib...

Poliqon xəbər veriur ki, bu barədə ABŞ Dövlət Departamentinin Baş Müfəttiş Ofisinin hesabatında deyilir.

Qeyd edilir ki, cəmi bir il ərzində Birləşmiş Ştatlar Ukrayna ilə bağlı layihələr üçün strukturun büdcəsinə 6,5 milyon dollar töhfə verib. Hesabatda bildirilir ki, icbari ödənişlərin məbləği 3,4 milyon dollar, könüllü ödənişlərin məbləği isə 3,1 milyon dollar təşkil edib.

"Resursların İdarə Edilməsi Şöbəsi ABŞ-ın maraqlarını, o cümlədən Ukraynada irəliləyiş əldə etməyə yönəlmiş ATƏT-in büdcədənkənar proqramlarına könüllü töhfələr vermək prosesinə rəhbərlik edib", deyə sənəddə qeyd edilir.

Vurğulanır ki, əlavə vəsait humanitar yardıma, böhran dövründə insan alverinin qarşısının alınmasına, Ukrayna ilə Rusiya arasında münaqişə nəticəsində ciddi insan hüquqları pozuntularının işıqlandırılmasına yönəlib.

Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin elmi işçisi Konstantin Bloxin hesab edir ki, ümumilikdə ABŞ-ın ATƏT çərçivəsində fəaliyyəti ölkənin siyasi kursuna uyğundur. O, ATƏT-in Qərbdən asılı bir qurum olduğunu, ondan geosiyasi məqsədlərə çatmaq üçün istifadə olunduğunu bəyan edib.

"Dövlətlərin ayırdığı pulla çox şey edə bilməzsən, amma onlar öz növbəsində "kosmetik" işləri gördülər", deyə Bloxin bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

Ən çox oxunanalar