Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

77 yaşlı jurnalist vəfat etdi

Mərhum ömrünün 60 ildən coxunu jurnalistikaya həsr etmişdi...

 

Tanınmış jurnalist Hafiz Məzahir oğlu Hüseynxanlı ömrünün 77-ci ilində uzun xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə "Unikal"a Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisindən məlumat verilib.

Mərhum ömrünün 60 ildən coxunu jurnalistikaya həsr etmişdi.

Orta məktəb illərindən Beyləqan rayonunda nəşr olunan rayonlararası “Yüksəliş” qəzeti ilə əməkdaşlıq edən həmkarımız BDU-nun Jurnalistika fakültəsində təhsil almışdı.

O, təhsil aldığı illərdə “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində işləməyə başlayıb. Uşaq və gənclər mətbuatı Hafiz müəllimin qələminin püxtələşməsində, imzasının respublika miqyasında tanınmasında böyük rol oynayıb. Hərbi xidmət zamanı isə "Ordu" qəzeti ilə əməkaşlıq edib.
Sonrakı illərdə Dövlət Teleradiosunda xüsusi müxbir, “Azərbaycanfilm” Kinostudiyasında redakor və film direktoru, Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə baş redaktor, Cəbrayıl rayonunda çıxan “Xudafərin” qəzetində baş redaktor, “Novruz” qəzetində baş redaktor müavini, AZƏRTAC-da redaktor, “Həmrəylik” qəzetində baş redaktor, İqtisadiyyat Nazirliyində mətbuat katibi vəzifələrində çalışan Hafiz müəllimin zəngin bioqrafiyası jurnalistlik fəaliyyətinin əksər sahələrini əhatə edirdi.

“Hafiz Hüseynxanlı hər yerdə vicdanla çalışmışdı, ümummilli maraqlara xidmət göstərmişdi. Çeşidli kollektivlərdə çoxlu dostlar qazanmışdı, cəmiyyətdə tanıtdıqlarının və onu tanıyıb hörmətini saxlayanların sayı- hesabı yox idi. Bilik və bacarığı, zirəkliyi, təmənnasızlığı, cəfakeşliyi, dost-yoldaşa sədaqəti həmişə və hər yerdə ona böyük nüfuz, başucalığı qzandırmışdı”,- deyə Ahıl Jurnalistlər Məclisindən mərhum haqqında bildirilib.

Allah rəhmət eləsin.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar