Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“30 il də keçsə, ondan üzr istəməyəcəyəm”


Vəkillər Kollegiyasının keçmiş üzvü Aslan İsmayılova 3 il həbs cəzası kəsilməsi tələb olunub. İyunun 28-də Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və onun vəkili bu tələblə çıxış edib. Onlar həbsdən başqa, Aslan İsmayılovun 100 min manat təzminat ödəməsini və Hafiz Hacıyevdən üzr istəməsini də istəyiblər


Aslan İsmayılovla Hafiz Hacıyev arasında sürən məhkəmə çəkişməsində birinciyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb.

Partiya sədri vəkilin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələriylə məsuliyyətə cəlb olunmasını tələb edib.

Daha öncə hakim Aslan İsmayılovun sosial şəbəkələrdə paylaşdığı və Hafiz Hacıyevin təhqir və böhtan saydığı yazıları ekspertizaya göndərmişdi. Nəticələr iyunun 28-dəki məhkəmədə açıqlanıb. Ekspert həmin yazılardakı bəzi ifadələri təhqir sayıb.

Hafiz Hacıyev iddia edir ki, Aslan ismayılov öz yazılarında “canlı” və “məxluq” kimi ifadələr işlətməklə, eləcə də vəzifəli şəxsləri şantaj edib pul aldığını yazmaqla ona böhtan atıb. Aslan İsmayılovsa deyir ki, bu adamın adını çəkməyi özünə yaraşdırmadığına görə, onu “canlı” adlandırır.

Məhkəmədə yenə “canlı” adlandırılması Hafiz Hacıyevi qəzəbləndirib və o buna görə hakimin üstünə qışqırıb: “Orada niyə oturmusunuz, burada məni təhqir elətdirməyə? Mən çıxıb gedəcəyəm buradan…”.

Hakim öncə heç bir reaksiya verməyib. Çıxış üçün Aslan İsmayılova söz verilsə də, o imtina edib: “Bir ölkənin bayrağının, gerbinin altında hakimi təhqir edirlər və o da susursa, mən belə məhkəmədə əlavə söz demək istəmirəm. Hər şey aydındır…”.

Hakim fasilə elan edib və geri qayıdanda Hafiz Hacıyevə xəbərdarlıq edərək bildirib ki, etik qaydalara əməl etməsə, məhkəmə onun haqqında tədbir görəcək.

Ardından xüsusi ittihamçı Hafiz Hacıyev və vəkili çıxış ediblər. Onlar Aslan İsmayılova 3 il həbs cəzası kəsilməsini, onun 100 min manat təzminatla cəzalandırılmasını və üzərinə üzr istəmək öhdəliyinin qoyulmasını istəyiblər.

Aslan İsmayılovun məhkəmədə son sözü qısa olub: “Mən hər şeyə hazıram. Nəinki 3 il, hətta 30 il də keçsə, bu canlıdan üzr istəməyəcəyəm. Mən onun barəsində xalqın söylədiklərinin çox cüzi hissəsini dilə gətirmişəm. Yaddan çıxarmayın ki, bu hökm tarixdə qalacaq…”.

Məhkəmənin hökmü iyunun 29-da elan ediləcək.

(Azadlıq radiosu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Ən çox oxunanalar