Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2100-də əhali o qədər azalacaq ki, miqrantları özləri dəvət edəcək

2050-ci ildən sonra dünyanın 195 ölkəsində əhali sayı azalmağa başlayacaq.  2100-cü ildə isə 189 ölkədə doğum səviyyəsi elə həddə çatacaq ki, xaricdən immiqrant gəlməsə ölkənin işçi qüvvəsinə ehtiyacını təmin etmək mümkün olmayacaq.

PİA.az xəbər verir ki, bu ABŞ-ın Vaşinqton universitetinin analitiklərinin hesablamalarında ortaya çıxıb.  

Universitetinin analitikləri hesablayıblar ki,  təqribən 80 ildən sonra – 21000-cü ildə ölkələrin əhali sayına görə dünyanın xəritəsi tamamilə dəyişəcək.

2100-cü ilədək dünyada demoqrafiya sahəsində iki əsas proses baş verəcək – doğum səviyyəsinin aşağı düşməsi və əmək qabiliyyətli əhalinin sayının azalması. 

Nəticədə 2100-cü ildə dünyanın ən çox əhalisi olacaq ilk 5 ölkə bunlar olacaq: Hindistan (1,09 mlrd), Nigeriya (791 mln), Çin (732 mln), ABŞ (336 mln) və Pakistan (248 mln). Halbuki, 2017-ci ildə əhalisi ən çox olan 5 ölkənin siyhzısı belə idi: Kitay (1,4 mlrd), Hindistan (1,38 mlrd), ABŞ (325 mln), İndoneziya (258 mln) və Pakistan (214 mln). 

Universitet alimləri hesablayıb ki, 2100-cü ildə dünyada doğum səviyyəsi (yəni bir qadının ömür boyu ərzində dünyaya gətirdiyi uşaqların orta sayı) 2017-ci ildəki 2,27-dən, 2100-cü ildə 1,66-ya düşəcək. Halbuki, ölkənin işçi qüvvəsinə tələbatını təmin etmək üçün minimum göstərici 2,1-dir.

Hesablamalara görə, dünyada insanların sayı ən yüksək həddə 2064-cü ildə çatacaq - 9,7 mlrd nəfər. 2100-cü ildə isə əhali sayı 8,8 milyard nəfərə düşəcək. 23 ölkədə, o cümlədən Yaponiya, Tailand, İtaliya və İspaniyada isə əhali sayı 50% azalacaq.

Rusiya əhalisi də təqribən 40 milyon nəfər azalacaq və 2017-ci ildəki 146 milyon nəfəərdən 2100-cü ildə 106m milyon nəfərə enəcək.

Hesablamalar göstərib ki, 2017-ci ildə dünyada 5 yaşınadək uşaqların sayı 681 milyon nəfər otrlduğu halda, 2100-cü ildə bu göstərici 401 milyona düşəcək. Yaşı 80-dən artıq olanların sayı isə indiki 141 milyondan 866 milyon nəfərə yüksələcək.

2017-ci ildə dünyanın ən böyük iqtisadiyyatı ABŞ idi, 2035-ci ildə onu Çin əvəz edəcək, amma 2098-ci ildə ABŞ yenidən ən böyük iqtisadiyyata malik ölkə olacaq. Ümumiyyətlə, Hindistan və Çin kimi ölkələrdə əmək qabiliyyətli əhali sayının kəskin azalacağı gözlənilir.

pia.az


Etiket: miqrant

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay