Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2019-cu il üçün iqtisadi proqnozlar... - Prezidentin gələn il üçün inkişaf planı nə vəd edir?

Sabiq maliyyə naziri: “Prezidentin bu fikirlərinin kökündə dayanan əsas məqamlar bundan ibarətdir ki, növbəti il üçün iqtisadi səhədə daha surətli islahatlar aparılacaq”

“Dövlət bu yolla qeyri-neft sektorunun xüsusi payını ümumi iqtisadiyyatda optimallaşdırmaq və ölkə iqtisadiyyatının neftdən asılılığını müəyyən səviyyəyə qədər endirməkdir istəyir”.

Bu sözləri iqtisad elmləri doktoru Fikrət Yusifov prezident İlham Əliyevin “Rossiya 24” kanalına müsahibəsində Azərbaycanda həyata keçirilən islahatların xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək, fikirini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Prezidentinin “Rossiya 24” kanalına müsahibəsində bildirib ki, 2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək. Həyata keçirdiyimiz islahatların xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək. Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq. Dövlət büdcəsi də artıq qəbul olunub. O, həmişəki kimi sosialyönümlüdür. Buna görə də bütün sosial proqramlar həyata keçiriləcək.

“Biz gələn il məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzil, Ermənistanla Azərbaycan arasında müharibə zamanı həlak olanların ailələri üçün 800-dən çox mənzil istifadəyə verməyi də nəzərdə tutmuşuq. Yəni, bizim iqtisadiyyatımızın sosial yönümü çox əhəmiyyətli olacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.

2019-cu il üçün iqtisadi proqnozları ilə bağlı nə demək olar? Xüsusilə hansı islahatlar Azərbaycan iqtisadiyyatının inkişafına əsas təkan verə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifova müraciət edib.

Fikrət Yusifov: “Vergi bazasının genişlənməsi növbəti ilin dövlət büdcəsində baş verəcək itkiləri dəfələrlə qarşılaya biləcək”.

Bütün bu addımların atılmasında əsas məqsədin iqtisadiyyatın qeyri-neft sektorunda surətli inkişafını təmin etmək olduğunu vurğulayan sabiq maliyyə naziri PİA.az-a açıqlamasında əlavə edib ki, həm də əsas məqsəd sahibkarlıq, biznes mühitinin tam olaraq legallaşdırılmasıdır:

“Təbii ki, Prezidentin bu fikirlərinin kökündə dayanan əsas məqamlar bundan ibarətdir ki, növbəti il üçün iqtisadi səhədə daha surətli islahatlar aparılacaq. Bəllidir ki, 2019-cu ilin büdcə zərfi ilə birlikdə parlamentə böyük vergi islahatlar zərfi də təqdim olunub. Bu islahatların aparılmasını təsdiq edən qanunvericilik bazasında dəyişikliklər baş verdi. Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, növbəti ildə iqtisadiyyatın real sektoru, yəni vergi sektoru daha çox inkişaf etsin. Eyni zamanda onun kölgədə olan hissəsi, yəni qeyri-legal fəaliyyət göstərən hissəsi legal fəaliyyətə qayıtsın. Bu istiqamətdə çox ciddi addımlar atılacaq.

Onu da qeyd edim ki, sahibkarların, iş adamlarının ödədiyi vergi yükü 2 dəfə qədər azaldılıb. Həmçinin özəl sektorda çalışan insanların ödədiyi vergi yükündə çox ciddi dəyişikliklər baş verib. Məsələn əmək haqqından tutulan verginin 8 min manata qədər hissəsinin 14 faiz gəlir vergisindən azad olunması hesabına 2019-cu ildə ölkə büdcəsi 300 milyon manatdan yuxarı vəsait itkiyə məruz qalacaq. Amma bu itkiyə baxmayaraq dövlət qeyri-neft sektorunun surətli inkişafını təmin etmək və onun fəaliyyətini legallaşdırmaq məqsədi ilə bu addımı atdı.

Fikrət Yusifov: “Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, növbəti ildə iqtisadiyyatın real sektoru, yəni vergi sektoru daha çox inkişaf etsin”.

Eyni zamanda dövlət bilir ki, fəaliyyətin kölgədə olan hissəsinin legallaşması hesabına kifayət qədər vergi bazası genişlənəcək. Vergi bazasının genişlənməsi isə növbəti ilin dövlət büdcəsində baş verəcək itkiləri dəfələrlə qarşılaya biləcək. Yəni büdcəyə itkidən dəfələrlə çox vəsaitlərin daxil olması baş verəcək.

Bütün bu addımların atılmasında əsas məqsəd təbii ki, həm iqtisadiyyatın qeyri-neft sektoruna surətli inkişafını təmin etmək, həm də sahibkarlıq, biznes mühitinin tam olaraq legallaşdırmaqdır. Nəticə etibarı ilə dövlət bu yolla qeyri-neft sektorunun xüsusi payını ümumi iqtisadiyyatda optimallaşdırmaq və ölkə iqtisadiyyatının neftdən asılılığını müəyyən səviyyəyə qədər endirməkdir istəyir.

Hesab edirəm ki, 2019-cu ildə iqtisadiyyatda daha üstün nəticələrə nail olacağıq. Xüsusən də gələn il üçün qeyri-neft sektorunda daha yaxşı nəticələrin əldə olunmasını gözləyirəm.

Fikrət Yusifov: “Ölkə iqtisadiyyatının neftdən asılılğının azalmasında yük daşıma tranzitlərinin də xüsusi rolu olacaq”.

Bu gün Azərbaycan bölgənin n böyük tranzit yük daşımalar məkanına çevrilib. Bu statusun bərqərar olunmasında Azərbaycanın reallaşdırdığı nəhəng regional layihələrin rolu kifayət qədər böyükdür. Bu layihələrə Şimal-Cənub Nəqliyyat Dəhlizini, Dəmir yolunun yenidən qurulmasını, Bakı-Astara-Rəşt dəmir yolunu, Bakı-Tbilisi-Qars yeni dəmir yolunu və s. misal demək olar. Bütün bunlar Azərbaycanın böyük tranzit məkanına çevrilməsini şərtləndirən əsas məqamlardır.

Həmçinin Ələt Beynəlxalq ticarət dəniz limanının istifadəyə verilməsi ölkənin üzərindən daşınan iqtisadi yüklərin həcminin kifayət qədər artmasına kömək edir.

Bu ilin 9 ayında tək Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsi ilə yüklərin həcmi başqa yüklərin həcmindən 100 dəfələrdən çox artıb. Bu özü artıq o deməkdir ki, bu istiqamətdə yüklərin daşınmasında maraqlı tərəflər kifayət qədər çoxdur. Bu da ölkəmizə kifayət qədər valyuta axınını təmin edəcək. Yəni ölkə iqtisadiyyatının neftdən asılılğının azalmasında yük daşıma tranzitlərinin də xüsusi rolu olacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay