Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

142 təyyarə və 10 gəmi - ABŞ və İsrail tarixin ən böyük təlimlərinə başlayıblar

“Juniper Oak” adlanan təlim yanvarın 27-si cümə gününə qədər davam edəcək. Bu təlim ABŞ və İsrail hərbi qüvvələri arasında inteqrasiyanı nümayiş etdirmək və dərinləşdirmək məqsədi daşıyır...

Bazar ertəsi, yanvarın 23-də ABŞ və İsrail “bu günə qədər ən əhəmiyyətli birgə hərbi təlimə” başladılar. Təlimdə minlərlə hərbi qulluqçu, onlarla gəmi və 142 təyyarə, o cümlədən nüvə başlıqlı bombardmançı təyyarələr iştirak edir.

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

““Juniper Oak” adlı təlim yanvarın 27-nə qədər davam edəcək və İranın nüvə proqramı ilə bağlı gərginlik fonunda ABŞ və İsrail hərbi qüvvələri arasında inteqrasiyanı nümayiş etdirmək və dərinləşdirmək məqsədi daşıyır”, deyə ABŞ müdafiə rəsmisi bildirib.

ABŞ rəsmisi qeyd edib ki, təlimlərin əhatə dairəsi bir sıra ssenariləri əhatə edir və İran özü üçün müəyyən dərslər çıxara bilər.

Təlimlərə çoxu ABŞ-ın George H.W. Bush təyyarədaşıyan gəmisindən olan 6400 ABŞ əsgəri və İsraildən təxminən 450 hərbçi döyüş atəşləri həyata keçirəcəklər.

Təlimlərdə B-52 strateji bombardmançıları ilə yanaşı, F-35, F-15, F-16, F-18 qırıcıları, eləcə də MQ-9 Reaper PUA-ları iştirak edir.

ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Kurillin sözlərinə görə, bu, “İsrailli tərəfdaşlarla quru, hava, dəniz, kosmos və kiber operativliyi təkmilləşdirən birləşmiş birgə inteqrasiya təlimidir”.

Bilditrilir ki, təlim üçün planlaşdırma bir neçə ay əvvəl, Benyamin Netanyahu baş nazirliyə qayıtmazdan əvvəl başlayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar