Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirildi



Xocalı soyqırımın iyirmi üçüncü ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında tədbir keçirilib


PİA.AZ xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının və YAP rayon təşkilatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, rayonda müvəqqəti məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkünlərin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə tədbir iştirakçıları iclas zalının foyesində təşkil edilmiş Xocalı soyqırımı ilə əlaqədar rəsm və kitab sərgisi ilə tanış olublar.

Tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar videoçarxa tamaşa ediblər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev məruzə   etmiş, Xocalı soyqırımı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Xocalı rayonundan Bərdəyə pənah gətirərək müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləriƏliniyaz Nəcəfov,   Milli Qəhrəman Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova, Şəhər Cümə məscidinin Axundu Hacı Ramazan Hüseynov   çıxış etmişlər. Tədbirdə Xocalı faciəsi zamanı ölənlərin ruhuna dualar oxunub.

Tədbirdə Bərdə rayonunda müvəqqəti məskunlaşmış Xocalı rayonundan məcburi köçkünlərin bir qrupuna maddi yardım göstərilib.

Tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar şəhər 8 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları bədii kompazisiyaya tamaşa ediblər.
 
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar