Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sevirəm, amma yanımda 3 gün qalırsa, deyirəm ki, getsin" - Röya

İnsanların ailə həyatı qurmağı-ayrılmağı barədə danışmağı sevmirəm...

"Arada mənə yazırlar ki, nə çirkinsən, ölürəm səndən ötrü. Elə bilirəm ki, insan yanımdadır, ona görə belə çox istəyir. Hələ olduğum yeri anlamıram. Özümə müəyyən çərçivələr qoymuşam, dəliliklərim yerindədir və onları dəyişməyəcəm. Bəlkə efirə az çıxıram, çıxsam insanlar bunu görərə. Verilişlərdə şarlardan, əlavə bəzəklərdən bezmişəm. Özümə söz vermişəm və hamıya tapşırmışam ki, nə vaxt ağlım başımdan getsə, başıma vurun özümə gəlim. Heç bir yeni ifaçıya məsləhət vermərəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Fatehin divanı" proqramında deyib. Müğənni son vaxtlar özünə qoyduğu qadağalardan danışıb. Röya bildirib ki, son vaxtlar özünə bəzi qadağalar qoyub:

"İnsanların ailə həyatı qurmağı-ayrılmağı barədə danışmağı sevmirəm. Deyirəm ki, bu mövzuda danışmaq istəmirəm. Bir aktrisa (Məlahət Abbasova- red.) mənim barədə xoşəgəlməz sözlər dedi, cavab qaytardım. 3 gecə yata bilmədim, başqalarının pis enerjisini götürmüşdüm. Qoy məndən danışsınlar, özüm gecə rahat yatım. Çünki mən cavab verəndə ağır olur. Amma nə vaxta qədər belə davam edəcəm, bilmirəm.

Mental sakitliyim üçün türk mütəxəssislərlə görüşürəm. Yollar bağlandığı üçün indi gedə bilmirəm. 2014-cu ildən sonra başa düşdüm ki, əsəblərim yerində deyil, nə deyirdilər, ağlayırdım. Sən demə, bu uşaqlıqdan qalan bir psixoloji problemdir. Heç vaxt tək qala bilmirəm. Ancaq İstanbuldakı evimə gedirəm. Mən olmadığım halda evimi təmizləyən olur. Lakin mən gedirəmsə, hər şeyi özüm edirəm, beynimi təmizləyirəm. Burada isə mümkün deyil".

Təxirə düşən konsertindən söz açan Röya maddi ziyana düşdüyünü etiraf edib:

"Konsertə ruhən hazır idim. Türkiyə, Ukrayna və Rusiyadan olan mütəxəssislər cəlb etmişdik, təxirə saldıq. Maddi tərəfdən ziyanımız oldu, hələ də davam edir. İndi isə konserti tamamilə dəyişdik. Geyimlər filan... Mən eyni qala bilməzdim. Konsertimə gələn insanların hamısını görürəm. Məni hiss edən insanları o an tapıram. Kim məcbur gəlirsə, onu da deyirəm".

Sənətçi sevgidən söz açıb. O bildirib ki, eşq yaşadığı şəxslə çox bir arada ola bilmir:

"Evdə oturub fikirləşirəm ki, karantin dövründə boşanmaların sayı artacaq. Ya da hər kəs mənim kimi "nə gözəl qohumlarımız var" deyəcək. Sevən adamam, amma yanımda 3 gün qalırsa, deyirəm ki, çıxıb getsin".(axşam.az)

pia.az


Etiket: Röya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Ən çox oxunanalar