Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Saytlara maliyyə ayrılsa, "reket jurnalistika" ilə mübarizə daha intensiv olar"

"Reketçiliklə məşğul olan adamların jurnalistika ilə heç bir əlaqəsi yoxdur"

"Onlar cinayətkardır və hüquq-mühafizə orqanları da onların barəsində lazımı tədbirləri görməlidir".

Bu fikirləri Demokrat.Az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib. Reketçiliklə məşğul olan bir sıra saytların ayrı-ayrı məmurlar tərəfindən himayə olunduğunu vurğulayan Ə.Amaşov təklif edib ki, hüquq-mühafizə orqanları həmin saytların və qəzetlərin fəaliyyətini araşdırsın:

"Hüquq mühafizə orqanları araşdırma aparmalıdır ki, bu saytlar necə və kimlər tərəfindən maliyyələşdirilir, onların arxasında hansı iş adamı, dövlət məmuru və ya təşkilat dayanır. Əlbəttə ki, jurnalistlər bütün bunları araşdırmaq gücünə malik deyil. Bu məsələdə dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanları fəal olmalıdır və bu məsəklələrə aydınlıq gətirilməlidir. Mən yenə təkrar edirəm ki, bu hadisələr baş verirsə, kimsə kimsəni qorxudub nə isə əldə etmək istəyirsə, kimsə kiminsə barəsində rüsvayedici materialı yaymaqla ona böhtan atırsa, bunu edənin kimliyindən və ya peşəsindən asılı olmayaraq, Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır. Bu sahədə kifayət qədər cəsarətli addımlar atmaq lazımdır. Bu baş verərsə, bundan həm cəmiyyət, həm də jurnalistika qazanar. Belə olan halda jurnalist adından istifadə edən bir sıra ünsürlər də bu cür əməllərindən qorxub çəkinərlər. Nəticədə isə bu Azərbaycan jurnalistikasının inkişafına müsbət təsir göstərər".

Azərbaycanın dövlət büdcəsindən internet mediasına da vəsaitin ayrılması məsələsinə toxunan Ə.Amaşov qeyd edib ki, bu məsələ hələ öz həllini tapmayıb:

"Mən hər zaman demişəm ki, digər KİV-lər kimi, reklamla öz maliyyə imkanlarını hələ qura bilməyən aparıcı internet mediasına da dövlət maliyyə dəstəyi verməlidir. Əgər dövlət dəstəyi olmasa, sadaladığım həmin "reket jurnalistika" ilə yetərli mübarizə aparmaq çətindir. Burada KİV-lərin kim tərəfindən maliyyələşməsi məsələsi də vacib məqamlardan biridir. Hesab edirəm ki, internet mediasına da dövlətdən maliyyə ayrılsa, həmin KİV-lər daha peşəkar, operativ fəaliyyət göstərə bilər. Ən əsası isə dövlətçilik yönündə olar. Həm də "reket jurnalistika" ilə mübarizə daha intensivləşər".

pia.az 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar