Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Patriot" raketləri, "Leopard" tankları... - İspaniya Ukraynaya 1,23 milyard dollar yardım ayıracaq

İspaniya daha əvvəl elan edilmiş 1,13 milyard avro (1,23 milyard dollar) dəyərində silah paketi çərçivəsində Ukraynaya "Patriot" raketləri və "Leopard" tankları göndərməyi planlaşdırır...

Poliqon bu barədə Reuters Agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, İspaniya Ukraynaya onlarla kritik "Patriot" zenit-raket kompleksi və Almaniya istehsalı olan 19 istifadə edilmiş "Leopard 2A4" tankı, həmçinin İspaniya istehsalı olan digər silahlar, məsələn, pilotsuz uçuş aparatları və döyüş sursatları verəcək.

Yeni silah öhdəlikləri Ukrayna prezidenti Volodimir Zelenskinin mayın 27-də baş nazir Pedro Sançes və Kral Felipe ilə görüşəcəyi Madridə rəsmi səfəri zamanı açıqlanacaq.

Paketin dəyəri keçən ay hökumət tərəfindən təsdiqlənsə də, hansı silahların daxil olduğu dəqiqləşdirilməyib.

Bundan əvvəl UNIAN yazıb ki, İspaniya Ukraynaya yeni hərbi yardım paketi ayırdığını elan edib. Buraya "Leopard" tankları və döyüş sursatları daxil olacaq. Çatdırılma iyunun sonunda baş tutmalıdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar