Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"O vaxt ağır zəmanə idi, hər qadın sənətlə, musiqi ilə məşğul ola bilməzdi"

Nə yaxşı ki, qəlbimdə mərhəmət hissi var...

"Bu gün maşallah, bütün xanımlarımız həm sənətdədir, həm də ailəlidir. Şükür Allaha heç evlərində də söz-zöhbət düşmür. O vaxt çox ağır bir zəmanə idi. Hər qadın sənətlə, musiqi ilə məşğul ola bilməzdi. Təsəvvür edin, gəlin evdə olmalıdır, qastrol səfəri nədir? Xaricdə konsert nədir? Heç vaxt evimizdə söz-söhbət olmayıb. Qısqanclıq olub, yalan deyə bilmərəm. Amma o da baxır ki, nəyə qısqanır da".

Poliqon.info xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Mələkxanım Əyyubova deyib.

"Həyat yoldaşımla uşaqlıq illərindən gediş-gəlişimiz, doğmalığımız olub. Uşaqlıq illərindən bir yerdə böyümüşdük. Baldızım da sonra bibim oğluna ərə getdi. 35 ildən çoxdur ki, evliyik. Bilirdim ki, oxumağımı istəmir, düşünürdüm ki, seçim qarşısında qalsaydım aləmi seçərdim. İndi belə düşünmürlər. Mən həm ailəmi qorudum, həm də sənətimi. Uşaqlıqdan bilirdim ki, bu sənətin arxasınca gedəcəm, çünki bu sənəti sevirəm. Xanım sənətkarlarımızı ailəsiz görəndə bu mənə çox pis təsir edirdi. Mən tək böyüdüyümə görə təklikdən qorxurdum. Həm də düşünürdüm ki, ailə həyatı qurmaram, tək qalaram" deyə xanəndə bildirib.

Xalq artisti qarmon musiqi alətində də ifa edə bildiyini deyib.

"5 il qarmon musiqi alətinə getmişəm. 10 yaşım var idi, məni musiqi məktəbinə götürmürdülər ki, çox arıqam. Qarmon da çox ağır olur. Ümumiyyətlə çox kaprizli musiqi alətidir. Gülbahar Şükürlü ilə bir yerdə toylara getmişik. Hətta onun xınayaxdısında da ifa etmişəm" deyə sənətkar bildirib.

Xalq artisti böyük sənətkarların hər birini özü üçün müəllim bildiyini deyib.

"Zeynəb xanım Xanlarova heç bir universitetdə dərs deməyib, tələbə yetişdirməyib, amma bütün müğənnilər Zeynəb xanımın tələbələridir. Biz uşaqlıqdan onu izləmişik. Elə bil ki, bizi Zeynəb xanım yetişdirib. Bəzən baxıram səhnədə, görürəm ki, müğənnilər mənim nəfəslərimi vururlar, oxuduğum mahnıları mənim kimi ifa edirlər. Bəziləri bunu etiraf edir. Mənim müəllimim Qulu Əsgərov olub, amma bütün dünyasını dəyişən sənətkarlardan öyrənmişəm. Hər 5 ildən bir Qulu müəllimin yubileyini qeyd edirəm. Nə qədər ki, sağam, yaşayıram onun yubileyini qeyd edəcəm. Biz gərək müəllimlərimizi yad edək, onların qulluğunda dayanaq. Sənətə gəldim, ad aldım bunlarla bitmir. Sənətkarlığın sonu gəlib şəxsiyyət olmağa çıxır. Şəxsiyyət elə-belə olmur ki! Sən gərək müəlliminə hörmət edəsən ki, sənə də hörmət etsinlər" deyə sənətkar bildirib.

Xalq artisti kövrəkliyindən də danışıb.

"Həddindən artıq həssas, kövrək biriyəm. Bəzən deyirlər ki, güclü qadınsan, niyə kövrəksən?! Güclü olmaqla deyil ki, insanın qəlbi zərif olur. Bu xasiyyətimə görə bəzən sevinirəm, bəzən isə yox. Sevinirəm ona görə ki, çox mərhəmətliyəm. Nə yaxşı ki, qəlbimdə mərhəmət hissi var. İnsanları sevirəm. İnsan var ki, heç kimi sevmir. Hər addımda elə mənfi xüsusiyyət axtarır. Mən mənfi xüsusiyyətli insanlarda belə müsbət nəsə axtarıram. Diqqətsizlik, məsuliyyətsizlik məni küsdürə bilər. Səbrim çox böyükdür, amma dözüb-dözüb sonra o insanın üstündən birdəfəlik xətt çəkə bilərəm" deyə sənətkar bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar