Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mən də bir Tanrı tənhası..."- Paşa Talıblıdan yeni şeirlər

***
Bir sevda ver mənə, Tanrım,
mənə bir, mənə bir sevda!
...aya bir, ilə bir vermə,
günə bir, günə bir sevda!

Bir sevda ki dərd elə ver,
bir dərdini dörd elə ver!
...ələklə ver, irdələ ver
dənə bir, dənə bir sevda!

...cütçü yabanı deyirmiş!
Heç nə yabanı deyilmiş!
O nə dabanı yeyilmiş,
o nə bir, o nə bir sevda?

Bir sevda ver mənə, Pirim,
hökm eyləsin minə birim!
Yalnız,bəmbəyaz dipdiri
yenə bir, yenə bir sevda!


Qələmlərə salam söylə...

Hər şey Allah ümidinə...
...vaxt da hələm-hələm bitmir!
...buralar ağcaqayındı,
basdırırsan-qələm bitmir.

Təkbaşıma qələm kimi
yanım məhrəm yanılıdı.
...yonulmuş ağcaqayınam!
Qələm qəddim yonuludu...

Bildiyim qədər bilirəm-
çöllük çölçülük dərsidi!
...öyrədir: birinci çöldü,
çünki çöl için tərsidi!

Orda necə?..qələmdaşım,
aynalar şüşədəndimi?
...Ay yenə qalayçıdımı,
yazmamaq peşədəndimi?

...qələmlərə salam söylə!
Nə olacaqsa haqdı, de!
Salamı alan sağ olsun...
Salam göndərən sağdı, de!


Sözün ləngəri...

Mən də bir Tanrı tənhası...
Sevinin dostlar, sevinin!
Sevinmək sevilmək deyil,
sevinin, dostlar, sevinin!

...əynimə dardı köynəyim!
İçində canım, göynəyim...
...sizdən bir azca köhnəyəm,
sevinin, dostlar, sevinin!

...hörümçəkdən can umuram,
gördüyümə göz yumuram!
...daş könlünüzdən damıram,
sevinin, dostlar, sevinin!

...qırılan mənəm, ötən sim!
Nə edim haqqım ödənsin?!
...yerimə bəxtim utansın!
Sevinin, dostlar, sevinin!


Hər şey tərsinə hər şey...

Hər gün bir az ölən göyün
tutulası yasımı var?
...oxunmur quşların səsi!
Quş dilində yazımı var?

Üzünü tərsə döndərər,
dönər də asi Allaha!
Bilməzsən qəfil unudar
baxdığın aynalar bax ha...

Hər şey tərsinədi, hər şey!
...külü gözünə göstərən!
Tərs üzünə sevdalardı
bizi özünə göstərən.

Hamıda baxıb gördüyün
üzdümü necə bilirsən?
Hər şey tərsinədi, hər şey!
Düzdümü necə bilirsən?

Paşa Talıblı

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay