Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Həsən Ruhani Britaniya kəşfiyyatından təlimat alır"

Deputatın İranın “Didarnews.ir”ə saytında görüntülü səs yazısı yayılıb

 

İran Prezidenti Həsən Ruhani Böyük Britaniyanın “Mİ6” Xarici Kəşfiyyat Xidmətindən təlimat alır”.

Bunu İran parlamentinin Məşhəd şəhərindən olan deputatı, qanunverici orqanın Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Kərimi Kuddusi bildirib.

Məlumata görə, deputatın İranın “Didarnews.ir”ə saytında görüntülü səs yazısı yayılıb. Həmin səs yazısında Cavad Kərimi Kuddusi iddia edib ki, H.Ruhani “Mİ6”dan təlimat alır. O söyləyib ki, İran İnqilab Keşikçiləri Qvardiyası “Mİ6” ilə əməkdaşlıq edən şəxslə danışğını ona təqdim edib. Bu şəxs isə prezident H.Ruhanidir.

Bildirilib ki, hakimiyyətdaxili mühafizəkar xəttə yaxınlığı ilə tanına Kərimi Kuddusi ötən ilin dekabrında etdiyi açıqlamada demişdi: “İran parlamentinin 50 faizi mövcud hakimiyyətin yıxılmasını istəyir. 2009-cu ildəki fitnə hərəkatının (İranda keçirilən prezident seçkisini və Yaşıllar Hərəkatını nəzərdə tutur-red.) da hədəfi hakimiyyətin yıxılması idi. Hazırda parlamentin 50 faizi pərdə arxasında fitnə hərəkatına liderlik edənləri (o vaxtkı prezidentliyiə namizəd Mirhüseyn Musəvi və Mehdi Kərrubini, habelə islahatçı Prezident Məhəmməd Xatəmi- red.) dəstəkləyir”.

Qeyd edək ki, Həsən Ruhani də hakimiyyətiçi islahatçı xəttin təmsilçisi sayılır. (report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Ən çox oxunanalar