Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakıda hər gün 10 nəfər dəm qazından zəhərlənir"

Bu günlərdə sosial şəbəkələrdə Bakıda dəm qazından kütləvi zəhərlənmələrlə bağlı məlumatlar yayılıb...

Bildirilir ki, son 1 gündə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə 40-50 nəfər gətirilib.

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov virtualaz.org-a bildirib ki, bir gün əvvəl dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya 12 nəfər gətirilib. Onlardan ikisi bir ailənin üzvləridir. Baş həkim müraciət edənlərin vəziyyətlərinin ağır olmadığını deyib: "Havalar soyuyandan hər axşam 10 -a yaxın müraciət olur. Aralarında zəhərlənməyənlər də var, məsləhətlərimizi verib evə göndəririk. Bu aylarda xəstəxanada dəm qazı zəhərıənməsindən ölüm olmayıb".

A.Maqsudov zəhərlənmələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarını gözləməyi, zəhərlənmə zamanı dərhal həkimə müraciət etməyi tövsiyə edib: "Bölgələrdən gətirilənlər yoxdur, müraciət edənlər Bakının rayonlarındandır”.

Qeyd edək ki, son illər dəm qazından zəhərlənmələrlə bağlı vəziyyət pisləşib. Hətta bu problem Milli Məclisdə də qaldırılmışdı. Deputat Elmira Axundova demişdi ki, “Azəriqaz” İstehsalat Birliyi yeni qaz xətləri çəkərkən sayğacların quraşdırılması ilə yanaşı abunəçilərin evlərinə dəm qazı detektorları quraşdırmalıdır. Ancaq bu təklif həyata keçirilməyib.

Onu da xatırladaq ki, hər gün dəm qazı zəhərlənməsindən ən azı bir nəfər ölür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay