Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycanın Türkiyə ilə konfederativ dövlət kimi bütövləşməkdən başqa yolu yoxdur..."

"Bu da o deməkdir ki, Türkiyənin siyasi elitası Azərbaycana qarşı təcavüzün arxasında duran planlardan xəbərdardır və..."

Tanınmış siyasi şərhçi, Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı qardaş ölkənin 4 nüfuzlu siyasi partiyasının işğalçıya qarşı savaşan Azərbaycanın haqq işini dəstəkləyən birgə bəyanatını Moderator.az-a şərh edib:

"Türkiyə Azərbaycanın bu ağır günlərində də bizim yanımızda olduğunu həm dövlət səviyyəsində, həm də həm də 83 milyonluq xalqı ilə göstərdi və Tovuz bölgəsindən başlanan erməni təxribatlarının və  imperial planların qarşısını almaq üçün qardaş mövqeyini sərgilədi. Dörd parlament partiyasının - AKP, MHP, CHP, İyi Partinin birgə bəyanatı isə görünməmiş bir nümunədir və Azərbaycana qardaş ölkənin bu tip bəyanatı heç vaxt olmamaışdı. Amma hərbi anlamda bir ölkənin başqa bir ölkəyə dəstək verməsi  üçün ya həmin ölkələr arasında hərbi müqavilə olmalıdır, ya həmin ölkənin parlamentinin bəlli bir bölgəyə əsgər göndərilməsi üçün təzkirə - qərar çıxarması lazımdır. İndiki halda Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıqla bağlı çoxsaylı müqavilələr olsa da Ermənistanla Rusiya arasında və Ermənistanla KTMT ilə bağladığı müqavilə tipində anlaşma yoxdur. Amma bu Türkiyənin Azərbaycana hərbi dəstəyini əngəlləmir. Türkiyə Məclisin iradəsinə uyğun olaraq istədiyi addımı ata bilər. Dörd siyasi partiyanın nümayiş etdirdiyi birgə açıklama elə budur. Bu məqsədlə edilmişdir. Gərəkərsə TBMM toplanıb təzkirə də çıxara bilər. Yaxın vaxtlarda Liviyaya əsgər göndərilməsi ilə bağlı çıxarılan qərardan biri də Azərbaycan üçün çıxarıla bilər. Buna da elə bir ciddi əngəl yoxdur. Artıq Türkiyə siyasi partiyalarının fikri ifadə edilmişdir.
 
Bu da o deməkdir ki, Türkiyənin siyasi elitası Azərbaycana qarşı təcavüzün arxasında duran planlardan xəbərdardır və Tovuz bölgəsindən keçən enerji koridorunun təhlükəyə düşməsindən narahatdır. Azərbaycan Müdafiə Nazirliyinin heyətini qəbul edən Milli Savunma Bakanı Hulusi Akarın dediyi bir cümlə Türkiyənin gələcək addımlarını nə olacağını  ifadə edir. O dedi ki, “Azərbaycanlı qardaşlarımızla bir və bərabərik, ağrılarını ürəyimizdə hiss edirik, biz Türkiyə Cümhuriyyəti, Türkiyə Silahlı Qüvvələri olaraq, nə etməliyiksə bu günə qədər olduğu kimi, bundan sonra da etməyə davam edəcəyik. Bundan heç kimin şübhəsi olmasın”. Bu artıq Türkiyənin mövqeyidir və onun Azərbaycanın yanında olacağına heç bir əngəl yoxdur.  
 
Bu hadisədən sonra Türkiyə ilə Azərbaycan arasında bir konfederav dövlətləşmənin ortaya çıxması barədə danışılmalıdır. Dağlıq Qarabağ məsələsinin həllində də Türkiyəni arxamıza alıb hüquqi olaraq da bir haqqımız olduğunu ortaya qoyub həll etməliyik. Dəfələrlə səsləndirmişik. Azərbaycanın Türkiyə ilə konfederativ dövlət kimi bütövləşmə ideyasını gerçəkləşdirməkdən başqa yolu yoxdur. Mənə elə gəlir buna da əngəl yoxdur. Siyasi iradə lazımdır. Buna mane olmağa çalışan qüvvələri də birlikdə zərərsizləşdirmək mümkündür. Qərbi Azərbaycan İrəvan Respublikası Millət Şurasının sədri kimi deyirəm ki,  bu konfederasiyanın yaaradılmasına  dəstək verməyə hazırıq".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar