Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziyad Səmədzadə: “Orta əməkhaqqı artmalıdır”

“Azərbaycanda 3 milyon işçi var, fiziki şəxslərdən cəmi 1,6 milyonu müqavilələr bağlayır. Müqavilələrin, işgüzar münasibətlərin genişlənməsinə diqqət ayrılmalıdır”

Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə bildirib.

Z.Səmədzadə deyib ki, minimum əmək haqqı artırılaraq 180 manat olub: “Minimum əməkhaqqı ilə orta əməkhaqqı arasında nisbət artmalıdır. Şübhəsiz ki, orta əməkhaqqı artmalıdır. Bir sıra sahələrdə əməkhaqqı daha yüksəkdir və ya aşağıdır. Burada bir tənzimləmə olmalıdır. Büdcədən ayrılan xərclərin sosial nəticələri qiymətləndirilməlidir, amma eyni zamanda görülən işləri qiymətləndirməliyik. Ölkə başçısı da bildirib ki, bizim büdcə sosial yönümlüdür. Büdcədə həm də investisiya var. Ümumiyyətlə, belə bölünmə bəlkə də gələcəkdə lazım deyil. Amma bunu deməliyik ki, 15 min km yol çəkmişik. Çəkməyəydik? Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi üçün Beynəlxalq Valyuta Fondu bizə kredit ayırmadı. Biz Azərbaycan Dövlət Neft Fondundan bu vəsaiti cəlb etdik. Türkiyəyə 700 milyon, həmçinin İrana da kredit ayırdıq. Biz bunları Azərbaycanın nüfuzunun, təhlükəsizliyinin artması üçün etmişik”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ən çox oxunanalar