Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zibilliyə atılan milyonlarla doza peyvənd...

“The Washington Post” qəzeti dünyada koronavirusa qarşı milyonlarla doza vaksinin istifadə müddətinin tezliklə bitəcəyini yazır. Məsələn, Niderlandın Leyden şəhərində bir hökumət binasının soyuducusunda minlərlə dollarlıq “AstraZeneca” vaksininin müddəti avqustda qurtarır.

Leyden Universiteti Tibbi Mərkəzinin həkimi Denis Muk-Kanamori bunu faciəvi sayır. Onu ən çox incidən isə Niderland hökumətinin bu dozaları xaricə göndərməməsidir. Muk-Kanamori və həmkarları ötən ay 600 doza vaksini atıblar. Avqustun sonuna 8 min dozanı tullaya bilərlər. Heç nə dəyişməsə, oktyabradək 10 min civarında doza zibilliyə gedəcək. Həkimlər Niderlandda 200 min “AstraZeneca” dozasının oxşar tale ilə üzləşdiyini deyirlər.

Amma Afrikada ötən ay əhalinin cəmi 2.2 faizinə azı bir doza vurulmuşdu. Niderlandda isə əhalinin yarıdan çoxu peyvəndlənib. Hökumət vaksin dozalarının hüquqi və logistik səbəblərdən ixrac olunmayacağını bildirib.

İsraildə iyulun sonuna 80 min doza “Pfizer-BioNTech”, Polşada müxtəlif istehsalçıların hazırladığı 73 min doza atılıb. Slovakiya Rusiyaya 160 min doza istifadə müddəti bitmək üzrə olan “Sputnik V” vaksinini qaytarıb. ABŞ-da təkcə Şimali Karolinada 800 min dozanın vaxtı bitir.

Dünya Səhiyyə Təşkilatı avqustun 9-dək Afrikadan 470 minə yaxın dozanın vaxtının bitdiyini bildirir. Bəzi vaksin dozalarının qiymətinin 20 dollara yaxın olduğunu nəzərə alsaq, itki onmilyonlarla dollarla ölçülür.

Vaksinlərin istifadə müddətinin tez bitməsinin bir səbəbi onların tez xarab olması, yəni “Tamiflu” kimi illərlə saxlanmasının qeyri-mümkünlüyüdür. Corctaun Tibb Məktəbindən Cesse Qudman deyir ki, dozaların vaxtı keçdikcə, eyni immun reaksiyası yaratmaya bilərlər. “Pfizer” və “Moderna” kimi vaksinlər saxlanma müddəti baxımından daha həssasdırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Ən çox oxunanalar