Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskinin nümayəndəsi: “Azərbaycanın həmlələri əraziləri işğalda olan ölkələrə örnəkdir” - Video

“Azərbaycanın həmlələri əraziləri işğalda olan ölkələrə örnəkdir”...

Azərbaycanın Qarabağdakı zəfərinin 2-ci ili hazırda öz suverenliyi uğrunda döyüşən Ukraynada da diqqət mərkəzindədir. Azərbaycanın bu qələbə ilə 30 illik işğala son qoyması, Azərbaycan Ordusunun döyüş qabiliyyəti, hətta diplomatik və informasiya cəbhəsində haqlı olmasını sübuta yetirməsi bu ölkədə nümunə kimi misal çəkilir. 

Ukrayna Prezidenti Volodimir Zelenskinin xüsusi nümayəndəsi Feyodor Venislavski Azərbaycanın hərbi və diplomatik həmlələr ilə əraziləri işğal altında olan ölkələrə doğru zamanda doğru qərar vermək örnəyi olduğunu bildirib.

“Fikrimcə, hazırda Azərbaycan haqlı tərəfdir. Azərbaycanın ərazi bütövlüyünə zəmanət verilməsi daxil olmaqla, sülh sazişinin imzalanması və gələcəkdə işğalçı, təcavüzkar addımların atılmasının qarşısının alınması üçün bütün beynəlxalq təşkilatlar bu prosesə cəlb olunmalıdır”, - deyə o əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin hazırda cəbhə bölgəsində döyüş zabitləri olan Taras Berezovets və Roman Solohub isə Azərbaycan Ordusunu təbrik edərək, özləri üçün ondan taktiki nümunə götürdüklərini bildiriblər.

Qeyd edək ki, Ukraynada hazırda gedən genişmiqyaslı müharibəyə qədər ölkənin Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnıy mətbuata açıqlamasında bildirmişdi ki, döyüş təlimlərində Azərbaycan Ordusunun 2-ci Qarabağ müharibəsində həyata keçirdiyi əməliyyatlardan nümunə kimi istifadə edirlər.

pia.az 


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar