Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskiinin Brüssel ümidləri...

Vladimir Zelenski, NATO müttəfiqlərindən yeni hərbi dəstək vədləri ilə Brüsseldən ayrılacağını gözləyir...

Poliqon xəbər verir ki, bu barədə The Financial Times nəşrinin məlumatında bildirilir. Nəşr yazır ki, yaxın bir neçə ay ərzində İsrail mövzusu üstünlük təşkil edəcəyi üçün Ukrayna prezidenti müttəfiqlərinin yardım paketlərinin davam edəcəyinə ümid edir.

FT yazır ki, ABŞ artıq Ukraynaya 200 milyon dollar məbləğində yeni yardım paketi ayırıb. Buraya AIM-9M hava hücumundan müdafiə raketləri, HIMARS sursatları, 155 və 105 mm-lik artilleriya mərmiləri və digər sursatlar daxildir.

Çərşənbə günü İngiltərə Ukraynaya 100 milyon funt sterlinqdən çox öldürücü silah göndərməyi vəd edib. Çərşənbə axşamı Almaniya 1,1 milyard dollarlıq qış yardım paketini açıqlayıb.

Zelenski Ukraynanı tərk edərək Brüsselə getdikdən sonra isə rus qoşunları şərqdəki Donetsk bölgəsinə hücumlarını artırıblar ki, bu da aylar sonra Rusiyanın ilk hücum cəhdi olub. Bu gün rus qoşunları Avdeyevkaya hücumunu davam etdirib. Ukrayna Silahlı Qüvvələri bəyan edib ki, rus qoşunları “bütün gücləri ilə ən azı müəyyən uğur nümayiş etdirməyə çalışırlar və Avdeyevkanı mühasirəyə almağa çalışırlar”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar