Ukrayna prezidenti Vladimir Zelenski ilə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud Ciddədə danışıqlar aparıb...
Poliqon xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, İsveçrədə beynəlxalq konfransa hazırlıq, Rusiya-Ukrayna münaqişəsində sülhün əldə olunmasını müzakirə ediblər.
“Biz beynəlxalq vəziyyət və onun inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq. Ukrayna dəstəyinə görə Səudiyyə Ərəbistanına minnətdardır. Biz Əlahəzrətin sülhün tezliklə bərpasına kömək etmək istəyini yüksək qiymətləndiririk”, deyə Vladimir Zelenski Telegram kanalında bildirib və vəliəhdlə görüşü mənalı adlandırıb.
“Asharq Al-Awsat” qəzetinin yazdığına görə, Məhəmməd bin Salman Əl Səud Səudiyyə Ərəbistanının Ukraynadakı münaqişənin həllinə və humanitar məsələlərin həllinə yönəlmiş bütün beynəlxalq səylərdə maraqlı olduğunu vurğulayıb.
Ukrayna prezidenti sonuncu dəfə Səudiyyə Ərəbistanına 2024-cü ilin fevral ayının sonunda səfər edib. Vladimir Zelenski Məhəmməd bin Salman Əl Səudla görüşüb və onunla “sülh formulunu” və məhbusların qaytarılmasını müzakirə edib.
Poliqon.info