Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Krım tatarı Umerovu Ukraynanın müdafiə naziri təyin edir...

Bu qərar Ukrayna prezidentinin Krımı azad etməklə bağlı iradəsinin ifadəsi və bunun bir daha bütün dünyaya elanı deyilmi?..

Politoloq: “Ukrayna müdafiə naziri Reznikovun istefası məsələsi bir müddət idi gündəmdə idi və bu, baş verdi. Onun yerinə Krım tatarı Rüstəm Umerovun adının keçməsi verilmək istənilən mesaj ola bilər”.

“Yardımların mənimsənildiyinə dair kəşfiyyat orqanlarında ciddi məlumatlar var. Müharibə getdiyi üçün bunu işıqlandırmır, sonraya saxlayırlar. Bu baxımdan da ABŞ istəyir ki, müdafiə naziri dəyişsin”.

Bu sözləri politoloq Azər Qasımov Krım tatarı Rüstəm Ənvər oğlu Umerovuun Ukraynanın müdafiə naziri təyin olunması məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ukraynanın müdafiə naziri Aleksey Rznikov bu gün istefa ərizəsini Ali Radaya təqdim edib. Onun yerinə isə Krım tatarı Rüstəm Ənvər oğlu Umerov təyin olunur. Umerov müharibə başladıqdan sonra Ukrayna nümayəndə heyətinin tərkibində Rusiya təmsilçiləri ilə aparılan danışıqlarda iştirak edib.

Bəs Rüstəm Umerovun təyinatının simvolik əhəmiyyəti varmı? Yəni, bu qərar Ukrayna prezidentinin Krımı azad etməklə bağlı iradəsinin ifadəsi və bunun bir daha bütün dünyaya elanı deyilmi?

Ukrayna Müdafiə Nazirliyində baş verənləri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Krım tatarlarının da Ukraynada, o cümlədən Krımda xüsusi yerinin olduğu nəzərə alınarsa, verilən istənilən mesaj aydındır”.

Umerov müdafiə naziri postuna təyin ediləcəyini vurğulayan politoloq əlavə edib ki, bu təyinat Ukrayna ordusunun təchizat məsələsində ciddi dəyişiklər yaradacaq:

“Ukrayna müdafiə naziri Reznikovun istefası məsələsi bir müddət idi gündəmdə idi və bu, baş verdi. Onun yerinə Krım tatarı Rüstəm Umerovun adının keçməsi verilmək istənilən mesaj ola bilər. Krımın Ukrayna üçün istər mənəvi, istərsə də ərazi baxımdan xüsusi əhəmiyyəti olduğu sirr deyil. Krım tatarlarının da Ukraynada, o cümlədən Krımda xüsusi yerinin olduğu nəzərə alınarsa, verilən istənilən mesaj aydındır. Verilən mesaj isə odur ki, Krım Ukraynanın olub, onun üçün sona kimi mübarizə aparılacaq.

Bu məsələnin pərdə arxası məqamlarına gələndə isə bu kadr dəyişikliyi ehtiyacının meydana çıxması faktını ABŞ-la əlaqələndirirlər. Məsələ ondadır ki, ABŞ ictimai və nəzarət funksiyası daşıyan müdafiə naziri postu əslində simvolik vəzifədir. ABŞ Ukraynaya milyardlarla dollar dəyərində dəstək verir bu müharibədə. 100milyard dolar yardımın 60 milyard dolları ABŞ-ın payına düşür. Amma bu yardımların mənimsənildiyinə dair kəşfiyyat orqanlarında ciddi məlumatlar var. Müharibə getdiyi üçün bunu işıqlandırmır, sonraya saxlayırlar. Bu baxımdan da ABŞ istəyir ki, müdafiə naziri dəyişsin.

Hesab edirəm ki, Umerov müdafiə naziri postuna təyin ediləcək. Bu təyinat Ukrayna ordusunun təchizat məsələsində ciddi dəyişiklər yaradacaq. Bunun nəticəsində də Ukrayna ordusu Krımı azad edəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar