Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaur Mikayılov: "Bakı və Abşeronda normal su-kanalizasiya sistemi üçün 10,5 milyard manat lazımdır"

Bakıda və Abşeron yarımadasında su və kanalizasiya sistemlərini normal vəziyyətə gətirməyə 10,5 milyard manat vəsait lazımdır.

Poliqon xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

"Bu vaxta qədər su və kanalizasiya sistemləri layihəsi hazır olmayan yalnız Bərdə şəhəri idi. Onun da layihəsi artıq Fövqəladə Hallar Nazirliyindən keçməkdədir", - deyə sədr qeyd edib.

"Gəlin bu işə bir az geniş formada baxaq. Ölkədə su və kanalizasiya sistemləri ilə bağlı bitməmiş layihələrin dəyəri 2,7 milyard manatdır. Yarım milyon əhalisi olan Gəncə şəhərinin su və kanalizasiya sistemləri layihəsinin icrası hələ də davam edir. Onun dəyəri 550 milyon manatdır. Viləşçay su anbarı ilə layihənin isə 2-ci hissəsinin dəyəri 600 milyon manatdan çoxdur. Azərbaycanda 52 min km suvarma kanalı var. Onun da 40 min km-dən çoxu torpaq kanallarıdır. Biz su itkisindən danışırıq. O suyun 50 %-i həmin kanallara gedir. Bir tərəfdən çıxan su gedib o biri tərəfə çatmır. Bizim çox qızğın Aran bölgələrindəki layihələrimiz üçün 9 milyard manatdan çox vəsait lazımdır", - deyə Z.Mikayılov əlavə edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar