Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zaryadka”sı bitənlər və kompüter arxasında “fırtına” – Replika

Milli Şura üzvlərinin keçirdikləri son videokonfranslar bu adamların nə qədər qeyri-ciddi olduqlarından da xəbər verir...

Bunun adı videokonfrans deyil.

Bunun adı özünü ciddi siyasi qurum adlandırıb ölkədə və dünyada gedən siyasi prosesləri müzakirə etmək deyil.

Bunun adı heç adi söhbət də deyil.

Bunun adı kompüter arxasına keçib qarğabazarı salmaqdır.
Vəssəlam.

Hə, Milli Şura Koordinasiya Mərkəzi üzvlərinin yeni videokonfransının görüntüləri ortaya çıxıb. Rəzalətmi deyək, biabırçılıqmı deyək? Bəlkə özünü ifşa?

Hə, özünü ifşa. “Zaryadka”sı qurtaran Əli Kərimlinin dediklərinə fikir verdinizmi?

“Qısa müddətdə səfərbər olmalıyıq. Ən azından feysbukda fırtınanı əsdirmək imkanımız daha da artmalıdı. 1 sutkadan sonra oturub hadisələrə reaksiya verməklə nəyəsə nail ola bilmərik. Nəsə varsa, anındaca...”.

Fikir verdinizmi? Bunlar real siyasətdə yoxdular axı. Artıq özləri etiraf edirlər, Facebook “qəhrəmanları”. Bunların, bu dırnaqarası siyasətçilərin təfəkkürüdür bu. Onların siyasətlə bağlı düşüncələri kiminsə statusuna, videosuna, sosial şəbəkələrdə paylaşımlarına nə qədər “like” qoyulmasından ibarətdir. Sosial şəbəkələrdə siyasi ab-hava yaratmaq üçün isə böyük trol ordusu saxlayırlar. Heç kimə sirr deyil ki, 100 üzvü olmayan Şura üzvlərinin hərəsi 10-15 profili var. Telefonlarını normal “zaryadka”ya qoya bilmirlər, fırtına əsdirəcəklərmiş. Adam neçə aydı bar-bağırır ki, tam blokadaya alınıb, internetə, sosial şəbəkələrə çıxışı məhdudlaşdırılıb. Amma videokonfransa qoşulub hamını sosial şəbəkələrdə fəallığa çağırır.

Ümumiyyətlə, Milli Şura üzvlərinin keçirdikləri son videokonfranslar bu adamların nə qədər qeyri-ciddi olduqlarından da xəbər verir. Amma bu qeyri-ciddilik fonunda yenə də maraqlı bir məqamı etiraf edib ifşa olunurlar. Şuranın əsas ruporlarından olan Osmanqızı TV-nin verilişləri gedən vaxtın düzgün seçilmədiyini deyən Vidadi Mirkamal bidirir: “Eyni saatda Türkiyənin “Eşkiya dünyaya hökmdar olmaz” teleserialı nümayiş olunur. Camaat da bu seriala baxır. Həmin vaxt efir toqquşur və bu baxışı kəskin aşağı salır!

Burdan nə nəticə çıxarmaq olar. Əvvəla bir serial və onun xəyal “ürünü” olan qəhrəmanlarının başına gələnlər bu adamların qarğabazarından, verilişlərindən daha maraqlıdır. Və bu serial yayımlananda minlərlə azərbaycanlı onu seyr edir. Şura üzvü Gültəkin Hacıbəyli isə seriala baxanları aşağılayan ifadə işlədir.

Ümumiyyətlə, on beşə qədər saxta profilə malik, Kərimli demişkən Facebookda fırtına əsdirən bu xanımın dili təhqir və söyüşə öyrəncəlidir. Ötən videokonfransda cinsi azlıqları təhqiq edən Hacıbəyli, bu dəfə Nemət Pənahlının hədəfə aldı. Digərləri də ona qoşulub gülüşdülər.

Gültəkin Hacıbəylinin isterikası son videkonfransda lap gül vurur. Onun iclas iştirakçılarına: “Ay millət, siz niyə belə şeysiz, bə pessimistsiz? Nə 2025? Mən hazırlaşıram uzaqbaşı sentyabrda hakimiyyətə gəlməyə, aaaa...". Sizcə bunun şərhə ehtiyacı varmı?

Şərhə ehtiyacı olmayan çox məqamlar var əslində bu videokonfransda. Gülünc və təəssüf doğuran. Hə, məhz təəssüf doğuran. Özünü müxalifət adlandıran bir qurumun rəhbər heyətinin açdığı müzakirəyə, elədikləri söhbətlərə bax. Birinin “zaryadka”sı bitir, biri serialdan danışır, biri digərini efirə buraxmamağı məsləhət görür.

Əslində Kərimli və ətrafındakı komandanın “zaryadka”sı çoxdan bitib. Bunlarınkı siyasət yox, bax beləcə dedi-qodudur. Bunların illərdir zatən işləri budur. Necə deyir liderləri Cəmil Həsənli? “Hamı iş başına, klaviatura arxasına”.

Hə, bir şeyi də deyim Şura üzvləri bilsinlər. O “Eşkiya dünyaya hökmdar olmaz”ı lağa qoyurduz ha? Təcili üzr istəyin. Hızır Çakırbəyli bilsə, batdız…

P.S. əvəzi
Artıq Azərbaycan siyasətində Cəmil Həsənli amili də yoxdur. O, “hamı (hamı - yəni, trollar) iş başına, klaviatura bizi gözləyir” çağırışı ilə özünü bitirdi.

Səbuhi MƏMMƏDLİ
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar