Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatalada itkin düşən yerli turistlər təxliyə olunub - Yenilənib

Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər təxliyə olunub...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, səyahət məqsədilə ötən gün Zaqatalaya gələn turistəri Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları təxliyə ediblər.

Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

***

Zaqatalada şəlaləyə gedərkən dağlıq-meşəlik ərazidə itkin düşən şəxslərin kimlikləri məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, onlar - Bakı şəhər sakinləri Əli Əlizadə və Əbdül Rzayevdir.

***

Zaqatalada şəlaləyə gedən və itkin düşən Bakı şəhər sakinlərindən xəbər var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan iki nəfərin olduqları yer müəyyən olunub:

“Hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir”.

***

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüblər.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Bildirib ki, dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.

***

Zaqatalada iki yerli turist dağlarda itkin düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün iki nəfər şəxsiyyəti hələ məlum olmayan yerli turist Zaqatala rayonu Qəbizdərə istiqamətindən Zaqatala şəlaləsinə gedən zaman dağlıq-meşəlik ərazidə itkin düşüb.

Turistlərin itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xətt xidmətinə və DİN-in Zaqatala Rayon Polis Şöbəsinə məlumat verilib.

Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.

Poliqon.info 


Etiket: İtkin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay