Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zalujnı general Milli ilə danışıqlar aparıb...

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri döyüş sursatına ehtiyac duyur...

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Ukraynaya sursat və texnikanın tədarükü məsələsini müzakirə ediblər.

Poliqon Unian nəşrinə istinadən xəbər veriri ki, bu barədə Zalujnı Telegram kanalında yazıb. Zalujnı bildirib ki, telefon danışığı zamanı qoşunların şəxsi heyətilə təmin olunması və Ukraynaya kifayət qədər miqdarda silah, hərbi texnika və sursatların vaxtında çatdırılmasının vacibliyi mövzusuna toxunub.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd edib ki, cəbhənin bütün sahələrində vəziyyət barədə Milliyə məlumat verib.

“Vəziyyət çətin, lakin nəzarət altındadır. Ən şiddətli döyüşlər Baxmut, Avdeevka və Marinkada davam edir, burada düşmən öz səylərini hücum əməliyyatlarına yönəltməkdə davam edir", deyə Zalujnı yazıb.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Rusiya strateji aviasiyasının raket zərbələri və cəbhəboyu zonada mülki hədəflərin hər gün idarə olunan bombalarla bombalanmasına da münasibət bildirib. O, həmçinin hava hücumundan müdafiə sisteminin imkanlarının gücləndirilməsinin vacibliyini qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar