Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər darçından revmatoid artritə qarşı dərman hazırladılar

Alimlər revmatoid artritin müalicəsi üçün preparatın əsasını təşkil edə biləcək "sinnamaldehid" maddəsinin yeni formasını əldə ediblər...

Poliqon medicina.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Advanced Healthcare Materials" jurnalında dərc olunub.

Araşdırmada bildirilir ki, iltihab immunitet sisteminin zədə və infeksiyaya reaksiyasıdır: "Həddindən artıq iltihab həyat və sağlamlıq üçün təhlükəlidir. Bu, revmatoid artrit və iltihablı bağırsaq xəstəliklərinin əsasını təşkil edir. İltihabın yaranması və saxlanması sitokinlərlə əlaqələndirilir. Daha əvvəl "sinnamaldehid"in sitokin istehsalını azalda biləcəyi göstərilmişdi".

Alimlər yeni tədqiqat zamanı "sinnamaldehid"in quruluşunu dəyişiblər. Bu, dərmanın həllediciliyini və stabilliyini artırmağa imkan verib. Dərmanı idarə etmək üçün nanohissəciklərdən istifadə edilib. Artrit və xoralı kolitdən əziyyət çəkən siçanlar üzərində aparılan təcrübələrdə nanohissəciklər iltihablı bölgələrdə toplanıb. Ancaq sağlam toxumalara mənfi təsir göstərməyiblər.

İndi elm adamları iltihabi xəstəlikləri olan insanlar üçün "sinnamaldehid" əsaslı dərmanın təsirli dozasını təyin etməyə çalışırlar.

Qeyd edək ki, "sinnamaldehid" darçına xarakterik xüsusiyyətləri verən kimyəvi birləşmənin adıdır. Darçın qabığından çıxarılan yağın 90%-dən çoxunu bu maddə təşkil edir.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar