Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenidən bölüşdürülən dünya: Ticarət müharibələri, BREXİT və İranın yeni taktikası...

Ticarət müharibələrinin, embarqoların, sanksiyaların, tariflərin, təhdidlərin, tvit-lərin təsir etmədiyi ölkə qalmayıb...

Levent Yılmaz,
“Yeni Şafak” qəzeti, Türkiyə, 23 may 2019-cu il

Dünya gündəmi daha da qarışıq hala gəlib və xəbərləri bir-bir izləmədən gündəmlə bağlı bir nəticəyə gəlmək mümkün deyil.

Ortalıq ticarət müharibələri, embarqolar, sanksiyalar, tariflər, təhdidlər, tvit-lərlə dolub-daşır və bu riskli məsələlərin təsir etmədiyi ölkə qalmayıb.

ABŞ-Çin gərginliyinin yeni dönəmi

Google şirkəti həftənin əvvəlində verdiyi açıqlamada Çinin “Huawei” şirkəti ilə artıq texniki əməkdaşlıq etməkdən imtina etdiyini bildirib. Üstəlik, bu prosesdə telefonları çip və şəbəkə ilə təmin edən “Qualcomm”, “Broadcom”, və “Intel” kimi şirkətlərin də iştirak edəcəyi bildirilir. Əlbəttə ki, bu qərarın arxasında Tramp adminstrasiyası durur. Çünki Tramp bu qərardan 1 həftə əvvəl Çinin “Huawei” şirkətini qara siyahıya daxil etdiyini bildirmişdi. Xatırlayırsınızsa, “Huawei”nin rəhbərinin qızı və Maliyyə İşləri üzrə direktoru Menq Uanzou keçən ilin dekabr ayında Vaşinqtonun İrana tətbiq etdiyi sanksiyalara əməl etmədiyi üçün Kanadada həbs olunmuşdu.

Digər tərəfdən, uzun bir müddətdir davam edən və Obama rəhbərliyinin də yaxından izlədiyi məsələlərdən biri olan Cənubi Çin dənizi problemi də yenidən alovlanıb. Dünya ticarətinin təxminən 5,5 trilyon dollarlıq qismi buradan keçir və bu problem Çin, Viyetnam, Filippin, İndoneziya, Sinqapur, Malayziya, Bruney və Tayvanın tərəfdaş olduğu bütün Cənubi Asya ilə əlaqədardır. ABŞ isə müzakirələrə müttəfiqləri vasitəsilə daxil olmuş vəziyyətdədir.

İran taktika dəyişdirir

Ticarət müharibələrinin digər bir tərəfi də İrandır.

İranın bir müddətdir ki, dozası get-gedə artan ABŞ sanksiyaları ilə başı ağrıyır. Bu sanksiya məsələlərindən biri də İran üçün kritik önəm daşıyan neft ticarəti məsələsidir. Keçən həftə İrandakı bir xəbər agentliyinin verdiyi məlumata görə, dənizçilik sahəsində səlahiyyətli olan iranlı bir şəxs İranın ABŞ sanksiyalarına görə neft ixracatında yeni taktikalar və yeni hədəflər seçdiyini bildirib. Sözügedən şəxs “İran neft nazirliyinin neft ixracatı taktikası və neft məhsulları dəyişdirilib. Bəlkə də, limanlarımızdan çıxan neft yüklərinin çatdırıldığı yerlər də dəyişib” -, deyərək üstüörtülü bir şəkildə ABŞ sanksiyalarına meydan oxuyub.

Bu durum iki tərəf üçün böyük önəm daşıyır. Birincisi, nə qədər sərt tədbirlər alınsa da, ticarətin qarşısını kəsmək mümkün deyil. Ticarət davam edir, lakin get-gedə daha çox gölgəyə çəkilir. İkincisi isə OPEC-in təchizat miqdarı üzərindən izlədiyi siyasətin ticarət həcmi hələ məlum olmadığı üçün dayandırılıb və bu vəziyyət neft ixrac edən bütün ölkələrə təsir edib. Qısaca, sanksiyaya tabe olmayan ölkə də bu işdən zərər görür.

OECD-in direktoru təhlükələri vurğulayır

Ticarət müharibələri alovlandıqca və həll yolu tapılmadıqca təhlükələr və narahatlıqlar da artır. OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) direktoru Angel Qurria da bu problemlər haqqında danışanlardan biridir. Qurrianın fikrincə, ABŞ və Çin arasındakı “ticarət gərginliyi” sanksiyalar və inkişaf üçün təhlükə yaradır.

Bu məsələdə həmfikirik. Lakin əsas problem OECD direktorunun hələ də “ticarət savaşı” sözündən istifadə edə bilməməsidir. Bütün bu stressi yaradan Tramp belə tvit-lərində “ticarət savaşı” ifadəsini işlətdiyi halda, OECD-in məsələni sadələşdirərək “ticarət gərginliyi” deməsi belə, bu problemin həllindən hələ də çox uzaq olduğumuzu göstərir.

BREXİT-dəki əsas risk nədir?

Yuxarıda izah etməyə çalışdığımız və qlobal iqtisadiyyat baxımından risk yaradan bir çox ünsürdən başqa, həmçinin, İngiltərənin Avropa Birliyindən ayrılması prosesi də davam edir. Açığı, bazarlar bu məsələyə çoxdan qiymət təyin etdiyi üçün prosesin bitməsini gözləyirlər.

Lakin BREXİT ilə dünyanı gözləyən daha böyük bir risk var. BREXİT ilə Avropa Birliyi üzvünün birlikdən necə ayrıla biləcəyi ilə bağlı bir mənzərə də yaranmış olacaq. Bu vəziyyət Birliklə problemi olan ölkələr üçün həm kompas rolu daşıyır, həm də cəsarətləndirici bir ünsür kimi qarşımıza çıxır.

Məsələn, İtaliya uzun bir müddətdir ki, Birliklə ciddi problemlər yaşayır. Birlikdən ayrılmaq istəyən növbəti ölkə İtaliya ola bilərmi?

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar