Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni virus çox asanlıqla Azərbaycana daşına bilər” - Professor

Hazırlanmış vaksinlər virusun yeni ştammlarına qarşı effektli təsir göstərə biləcək?..

Tibb elmləri doktoru: “Yeni virusun Azərbaycanda yayılma ehtimalı realdır”.

“Əgər virusun yeni xassə aldığı təsdiq edilsə, təbii ki, vaksinlərdə yeni bir işləmə tələb olunacaq”.

Bu sözləri tibb elmləri doktoru Adil Qeybulla koronavirusun yeni formasının Azərbaycanda yayılma ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb ki, Böyük Britaniyada qeydə alınan koronavirusun yeni və daha təhlükəli ştammı Hollandiya, Danimarka və Avstraliyada da aşkarlanıb.

Mütəxəssislər bildirib ki, yeni tip koronovirus COVID-19-a nisbətən daha sürətlə yayılır. Ancaq hələlik onun daha təhlükəli olduğu barədə fikir yürütmək tezdir. Bundan başqa, virusun yeni mutasiyasının peyvəndə başqa formada reaksiya verdiyi barədə də heç bir dəlil yoxdur.

Qeyd edək ki, dekabr ayında ÜST İngiltərədə tapılan SARS-CoV-2 koronavirusunun yeni mutasiyasının təhlükəsini qiymətləndirib. Dekabrın 14-də isə İngiltərənin səhiyyə naziri Mettyu Henkok ölkədə daha sürətlə yayılan yeni SARS-CoV-2 koronavirus növünün aşkarlandığını açıqlayıb. Onun sözlərinə görə, bu virus insandan insana daha asan keçir və bu səbəbdən də daha yoluxucu hesab olunur.

Dünən yayılan məlumatlarda isə bildirilib ki, Londonda aparılan araşdırmalar nəticəsində koronavirusunun yeni mutasiyasının daha iki ştammı müəyyən edilib. Londonlu mütəxəssislər hesab edirlər ki, yeni ştammlar İngiltərəyə Cənubi Afrikadan gəlib.

Yeni virusun yayılması Azərbaycan cəmiyyətində də ciddi narahatlıq yaradıb. Koronavirusun yeni formasının Azərbaycanda yayılma ehtimalı nə qədərdir? Həmçinin COVID-19 əleyhinə hazırlanmış vaksinlər onun yeni ştammlarına qarşı effektiv təsir göstərə biləcək?

Yeni növ virusun Azərbaycanda yayılma təhlükəsini PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “Dünyanın uzağı, yaxını yoxdur. Yeni virus çox asanlıqla Azərbaycana daşına bilər”.

Ümumi Dünya Səhiyyə Təşkilatının və Birləşmiş Krallığın alimlərinin hələ ki, yeni virus barədə son rəyinin ortada olmadığını vurğulyan professor PİA.az-a açıqlamasında yeni virusun çox asanlıqla Azərbaycana daşına bilməsini inkar etməyib:

“Yeni virusun Azərbaycanda yayılma ehtimalı realdır. Amma yeni virusla bağlı son məlumatlar ortada deyil. İlkin olaraq görünən odur ki, virus mutasiyaya uğrayıb. Yeni mutasiyaya uğrayan virus insan orqanizmdə dörd ay müddətində inkişaf edib.

Ümumi Dünya Səhiyyə Təşkilatının və Birləşmiş Krallığın alimlərinin hələ ki, yeni virus barədə son rəyi ortada deyil. Amma dünyanın uzağı, yaxını yoxdur. Yeni virus çox asanlıqla Azərbaycana daşına bilər.

Əgər virusun yeni xassə aldığı təsdiq edilsə, təbii ki, vaksinlərdə yeni bir işləmə tələb olunacaq. Ola bilər ki, vaksinlərin tərkibinə yeni antigenlər daxil edilsin. Hal-hazırda bu barədə də araşdırmalar gedir. Hələlik birmənalı rəy demək çətindir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Yeni virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar