Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni tədris ilindən məktəblərdə ianə yığılacaq - Neqativ halların rəsmiləşdirilməsinə yol açılır? ..

Dövlət niyə məktəblərdə ianə toplanmasın ehtiyac duyur?..

Təhsil-eksperti: “Təhsil naziri demir ki, rüşvəti şəffaf yığın. Deyir ki, vəsait qanunvericiliyin tələbləri çərçivəsində yığılmalı və düzgün istiqamətdə xərclənməlidir. Daha kim istəyir, əlinə bir dəftər alıb, məktəbdə pul yığmamalıdır”.

“Mövcud qanunlarımız deyir ki, valideyinlər məktəbə könüllü ianə edə bilərlər. Emin müəllim də deyir ki, bunu indiki kimi sinif rəhbərinin, hansısa komitənin vasitəsi ilə kor-koranə yox, rəsmi və şəffaf şəkildə etmək lazımdır”.

Bu sözləri təhsil-eksperti Kamran Əsədov yeni tədris ilindən məktəblərdə könüllü ianə modelinin tətbiq olunacağını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən təhsil naziri Emin Əmrullayev bildirib ki, yeni tədris ilindən məktəblərdə könüllü ianə modeli tətbiq oluna bilər. Nazir qeyd edib ki, məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir.

Nazirin bildirib ki, “Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanuna ziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür”.

Bəs dövlət niyə məktəblərdə ianə toplanmasın ehtiyac duyur və bu yeni tətbiq əslində məktəblərdəki bir çox neqativ halların rəsmiləşdirilməsinə yol aça bilərmi?

Nazirin məktəblərdə ianə yığılması ilə bağlı açıqlamasını PİA.az-ın əməkdaşı təhsil-eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Təhsil naziri demir ki, rüşvəti şəffaf yığın. Deyir ki, vəsait qanunvericiliyin tələbləri çərçivəsində yığılmalı və düzgün istiqamətdə xərclənməlidir”.

Məktəblərə muxtariyyət verilməli olduğunu düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, təhsil ocaqlarına nisbətən azadlıq yolu açılmalıdır. Belə olduğu təqdirdə bütün ianələr korrupsiya halları kimi deyil, leqal yollarla tənzimlənə bilər:

“Təhsil naziri Asan Radioda verlişdə məktəblərdə fond pulu adı ilə yığılan vəsaitdən danışdı və şərh verdi. Amma məsələ çox yanlış şəkil aldı. Əslində Emin müəllim doğrunu və qanunun tələbini dedi. Nazir demədi ki, bundan sonra qanunsuz pulu şəffaf şəkildə yığın.

Gəlin öncə görək təhsil haqqında qanun nə deyir:

Maddə 34. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;

Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi

38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.

Kamran Əsədov: “Beynəlxalq təcrübəyə görə belə təşkilatlara yığılan vəsaitlər, üzvlük haqları məktəblərdə şəhidlərlə bağlı guşələrin yaradılmasına, hər hansı yarışların keçirilməsinə, şagirdlərin yay tətilində düşərgələrə göndərilməsinə və sairə xərclənir”.

Mövcud qanunlarımız deyir ki, valideyinlər məktəbə könüllü ianə edə bilərlər. Emin müəllim də deyir ki, bunu indiki kimi sinif rəhbərinin, hansısa komitənin vasitəsi ilə kor-koranə yox, rəsmi və şəffaf şəkildə etmək lazımdır.

Məktəbə lazım olan bütün resurslar dövlət tərəfindən pulsuz olaraq verilir. Amma bəzən çatmayanlar olur. Misal üçün, X bir məktəbə KSQ,BSQ və digər təşkilati işlərin görülməsi üçün 20 paçka A4 göndərilir. Amma bəzən şagirdlərin sayı və imtahanların həcmi daha çox kağıza ehtiyacı yaradır. Müvafiq məktəb yeni A; vərəqi tələbi ilə yuxarı quruma müraciət edib kağız istəyənə və kağızlar gələnə qədər azı 4 ay vaxt keçir. Və ya lövhədə yazmaq üçün marker lazımdır, bir riyaziyyat müəllimi daha çox yazıb mövcud resursu bitirə bilər.
Bəli, ümumiyyətlə, səbəb nə olursa-olsun, təhsil müəssisələrində pul yığılması qadağandır. Amma ortada mövcud problem var.

Bu necə həll oluna bilər?

Bir məqamı qeyd edim, əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər! Şəxsi maraq və ehtiyaclar üçün sərf oluna biləz.

Təkrar qeyd edirəm ki, qanunvericilikdə də qeyd olunur ki, məktəblər ianə qəbul edə və valideynlər tərəfindən köməklik oluna bilər. Amma problem onun tətbiqindədir. Hal hazırda bunun mexanizmi yoxdur. Hesab edirəm ki, məktəblərə muxtariyyət verilməlidir. Təhsil ocaqlarına nisbətən azadlıq yolu açılmalıdır ki, sərbəst qərar qəbul edə bilsinlər. Belə olduğu təqdirdə bütün ianələr korrupsiya halları kimi deyil, leqal yollarla tənzimlənə bilər.

Kamran Əsədov: “Məktəblərə yardım etmək təcrübəsi Avropada, ABŞ-da belə var. Valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olurlar”.

Təhsil Naziri isə məhz bu istiqamətdə maraqlı olduqlarını qeyd edir. Yəni müvafiq təşkilat bunu könüllü etsin və əgər vəsait toplanacaqsa, bu şəffaf, hesabatlı formada həyata keçirilsin.

Beynəlxalq təcrübəyə görə belə təşkilatlara yığılan vəsaitlər, üzvlük haqları məktəblərdə şəhidlərlə bağlı guşələrin yaradılmasına, hər hansı yarışların keçirilməsinə, şagirdlərin yay tətilində düşərgələrə göndərilməsinə və sairə xərclənir. Bunun isə şəffaf hesabatını kim tələb etsə, təqdim edə bilər. Lakin bizim məktəblərimizdə hal-hazırda bu yoxdur.

Məktəblərə yardım etmək təcrübəsi Avropada, ABŞ-da belə var. Valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olurlar. Amma bu məcburi deyil, bu nəğd pul almaq formasında həyata keçirilmir. Azərbaycanda da bu təcrübələrdən yararlana bilərik. Məktəblərdə müəyyən bir fond, ya da təşkilat yaradıla bilər. Bu fond, ya da təşkilata üzvlük könüllü olmalı, heç bir halda nağd şəkildə valideynlərdən pul tələb edilməməlidir. Təşkilatın hesabı olmalı, valideynlər üzvlük haqqını həmin hesaba köçürməlidirlər. Həmçinin toplanan ianələrin də xərclənməsi şəffaf olmalıdır. Hətta yaxşı olar ki, toplanan vəsaitlərin hara yönləndirilməsinə balideynlərin ümumi iclasında qərar verilsin. Bu addım ancaq məktəbin inkişafına xidmət edə bilər. Ona görə də bu proqressiv addımı ayrı mövzulara yönləndirilməməli və fərqli anlamda da yozulmamalıdır.

Təhsil naziri demir ki, rüşvəti şəffaf yığın. Deyir ki, vəsait qanunvericiliyin tələbləri çərçivəsində yığılmalı və düzgün istiqamətdə xərclənməlidir. Daha kim istəyir, əlinə bir dəftər alıb, məktəbdə pul yığmamalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Ən çox oxunanalar